main-post-cover

    İnsayderlər: Bu ilki iPhone 12 seriyasında yalnız bir ədəd flaqman smartfon olacaq

    Cihazlar+
    28.09.2020
    Emil Nəcəfov
        Gələn ay Apple şirkəti 4 yeni iPhone 12 modeli təqdim etməlidir. İnsayderlərin verdikləri yeni məlumatlara əsasən isə təqdim olunacaq iPhone 12 seriyasında yalnız 1 ədəd flaqman smartfon modeli olacaq. Beləliklə bu il Apple şirkəti yalnız 1 ədəd iPhone 12 modelini təkmilləşdirilmiş texniki özəlliklər ilə təchiz edəcək. Bu barədə Phonearena saytı xəbər verib.
        XDA-Developers saytının redaktoru Max Weinbach-ın sözlərinə əsasən bu il təqdim olunacaq 6.1 düym ekranlı iPhone 12 Pro və 6.7 düym ekranlı iPhone 12 Pro Max modelləri arasında diqqət çəkəcək dərəcədə fərq olacaq. Gözləntilərə əsasən məhz iPhone 12 Pro Max modeli flaqman smartfon kimi təqdim olunacaq. Belə ki, şirkət daha təkmilləşdirilmiş kameralar ilə ekranı məhz bu iPhone 12 modeli üçün hazırlayıb.
        Keçən lki iPhone 11 Pro iPhone 11 Pro Max modelləri öz aralarında ekran ölçüləri baxımından heçnə ilə fərqlənmirdilər. Bu il isə Apple şirkəti bundan yan keçmək istəyir. Əgər insayderlərin verdikləri bu məlumat həqiqətə uyğundursa deməli 120 Hz-lik təsvir yenilənməsinə sahib ekranı və LiDAR skanerli kameraları yalnız iPhone 12 Pro Max modeli əldə edəcək. Son məlumat sızıntısına əsasən Apple şirkəti iPhone 12 seriyasının təqdimatını 13 oktyabr tarixində keçirdəcək.
    Linki kopyala