main-post-cover

    İnsayderlər: Apple şirkəti iPhone 12 seriyasının kompakt ölçülü modelinin istehsalını dayandırıb

    Cihazlar+
    22.06.2021
    Emil Nəcəfov
        iPhone 12 smartfon seriyasının yaxşı satışlarına baxmayaraq onun heç də bütün modelləri məşhur deyil. İnsayderlərin verdikləri məlumata əsasən bu səbəbdən Apple şirkəti sözügedən smartfon seriyasına daxil olan modellərdən birinin istehsalını dayandırmaq qərarını verib. TrendForce adlı analitik şirkətin təqdim etmiş olduğu hesabatda qeyd edilib ki, Apple şirkəti iPhone 12 seriyasının ən kompakt ölçülü modelinin istehsalını dayandırmaq qərarını verib. Söhbət, 5.4 düym ekrana sahib iPhone 12 mini modelindən gedir.
        Texniki özəlliklər baxımından sözügedən modelin adi iPhone 12-yə bənzəməsinə baxmayaraq Apple onun satış göstəricilərindən məyus olub. İnsayderlər bildiriblər ki, kommersiya baxımdan uğursuz satışlardan əlavə olaraq iPhone 12-nin istehsalının dayandırılmasında daha bir səbəb var. Belə ki, güman edilir ki, şirkət daha məşhur modellərə üstünlük verir. Hal hazırda dünyada yaşanan prosessor çatışmazlığının fonunda isə bu cür addım məntiqli görünür. Qeyd etmək lazımdır ki, iPhone 12 mini-nin ABŞ bazarında start qiyməti 699$ təşkil edir.
    Linki kopyala