main-post-cover

    İnsayder iPhone 12-lərin hansı rənglərə və hansı həcmdə daxili yaddaşlara sahib olacaqlarını söyləyib

    Cihazlar+
    09.10.2020
    Emil Nəcəfov
        Təqdimatdan bir neçə gün öncə məşhur insayder olan Roland QuandtiPhone 12 seriyasının smartfonları barəsində məlumatlar verib. İnsayder əsasən smartfonların hansı həcmdə daxili yaddaşa sahib olacaqları və hansı rənglərdə satışa çıxacaqlarını aşıqlayıb. Bu barədə Wccftech saytı xəbər verib. Beləliklə insayderin verdiyi məlumata əsasən iPhone 12 və iPhone 12 Mini modelləri 64/128/256 GB daxili yaddaşa sahib olacaqlar və yaşıl, göy, qızılı, gümüşü, boz rənglərdə satışa çıxacaqlar.
        iPhone 12 Pro iPhone 12 Pro Max modellərinə gəldikdə isə onlar 128/256/512 GB daxili yaddaşa sahib olacaqlar və gümüşü, qızılı, boz rənglərdə satışa çıxacaqlar. Qeyd etmək lazımdır ki, iPhone 12 smartfon seriyasının təqdimatı 13 oktyabr tarixində baş tutacaq. Həmin təqdimatda Apple şirkətinin digər yeni məhsullarının da təqdim olunacağı gözlənilir.
    Linki kopyala