main-post-cover

    İlk qatlana bilən iPhone barəsində yeni məlumatlar verilib

    Cihazlar+
    10.02.2021
    Farid Pardashunas
        Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Apple mühəndisləri qatlana bilən iPhone üzərində çalışırlar. Sözügedən cihaz barəsində məlumat az olsa da insayderlərdən biri onun xarici görünüşü və satışa çıxma tarixi barəsində məlumat verib. Apple şirkətinin qatlana bilən smartfonu barəsində məlumatları insayder Jon Prosser verib. Jon Prosser güvənilir nüfuza sahib olmasa da onun sözlərinə əsasən o, şirkət daxilində olan bəzi şəxslər ilə ünsiyyət qurub və bunun sayəsində qatlana bilən iPhone barəsində bəzi məlumatları əldə edib.
        Onun verdiyi məlumata əsasən ilk qatlana bilən iPhone modeli Galaxy Z Fold-a deyil Galaxy Z Flip-ə bənzəyəcək. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə Bloomberg saytının insayderi bildirmişdi ki, qatlana bilən iPhone prototiplərindən biri tam açıq formada 6.7 düym ekrana sahibdir. Jon Prosser-in mənbələrinin verdikləri məlumatda qeyd edilib ki, Apple qatlana bilən iPhone modelini bir sıra maraqlı rənglərdə satışa çıxardacaq. Çox güman ki, smartfon daha cavan istifadəçi kütləsinə hədəflənəcək. Bu cür iPhone modelinin satışa çıxma tarixinə gəlikdə isə insayder bildirib ki, onu 2023-cü ildən tez gözləmək lazım deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər