main-post-cover

    Huawei P60 Pro-nun texniki özəllikləri və arxa kamera dizaynı təqdim edilib

    Cihazlar+
    24.01.2023
    Farid Pardashunas
        Çinin Weibo sosial şəbəkəsində Huawei P60 Pro flaqman smartfon modelinin texniki özəllikləri barəsində məlumat ortaya çıxıb. Əgər ortaya çıxmış məlumatlar həqiqəti əks etdirirlərsə, Huawei P60 Pro smartfonu əvvəl düşünüldüyündən daha güclü olacaq. Bununla yanaşı insayderlər sözügedən smartfonun arxa kamera dizaynını sərgiləyən fotonu da təqdim ediblər. Beləliklə məlumatda qeyd edilib ki, Huawei P60 Pro smartfonu Snapdragon 8 Gen 2 prosessorunun 4G versiyası vasitəsilə çalışacaq və özündə LPDDR5X standartlı RAM yaddaşını və UFS 4.0 standartlı daxili yaddaş həcmini birləşdirəcək. Smartfon Çinin BOE şirkəti tərəfindən istehsal ediləcək 6.6 düym OLED ekran ilə təchiz olunacaq.
        Məlumata əsasən ekran 120 Hz-lik təsvir yenilənməsini dəstəkləyəcək. Kameralara gəldikdə isə Huawei P60 Pro modeli üçlü arxa kameraya sahib olacaq: 50 MP (Sony IMX888) + 50 MP (ultragenişbucaqlı Sony IMX858) + 64 MP (OmniVision OV64B). Ön kamera baxımından smartfon 32 MP-lik kameranı əldə edəcək. İnsayderlər həmçinin qeyd ediblər ki, Huawei P60 Pro modeli 100 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq və batareya əlavə olaraq 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyəcək. Qeyd etmək lazımdır ki, Huawei P60 smartfon seriyasının mart ayında təqdim ediləcəyi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər