main-post-cover

    Huawei Mate 40 smartfonu 5 nm-lik Kirin 1000 çipsetini istifadə edəcək?

    Cihazlar+
    31.05.2020
    Nijat Hamid
            ABŞ dövləti Çinlə olan problemlər səbəbilə Huawei şirkətinin TSMC şirkəti vasitəsilə yeni çipsetlər hazırlamasına qadağalar gətirmişdi. Bu qadağaların tətbiq olunmasından əvvəl Huawei, TSMC istehsal şirkəti yeni çipset sifarişlərini çoxdan vermişdi. Şirkətin çıxarması gözlənilən növbəti flaqman modeli olan Mate 40 smartfon seriyasında TSMC tərəfindən hazırlanan çipsetlər istifadə ediləcək. Bəs bu çipsetlər Kirin 1020 olacaq yoxsa Kirin 1000?

    Sızdırılan məlumatlara görə Mate 40 smartfon seriyasında 5 nm-lik arxitekturada hazırlanan Kirin 1000 çipseti istifadə olunacaq.

            Huawei ilə bağlı məlumatları sızdıran Twitter istifadəçisi Teme-nin verdiyi məlumatlara görə şirkət yeni Mate 40 smartfon seriyasında Kirin 1020 çipseti əvəzinə Kirin 1000 adını verdiyi yeni çipsetləri istifadə edəcək. Bu çipsetlər TSMC şirkətinin istehsal arxitekturası olan 5 nm ölçülərində istehsal ediləcək. Qeyd edək ki, ABŞ qadağalarından sonra TSMC şirkəti Huawe-in yeni sifarişlərini rədd etmişdi. Lakin 5 nm-lik Kirin 1000 çipsetlərinin sifarişi bu qadağalardan əvvəl verildiyi üçün sifarişlərin yerinə yetirilməsində problem yaranmadı.
            Əlavə məlumat olaraq qeyd etmək istərdik ki, TSMC şirkəti hal-hazırda var olan 2 ən böyük yarımkeçirici istehsalçısından biridir. Digəri isə Samsung-dur. Həm smartfonlar üçün, həm də kompüterlər üçün çipsetlər bir çox şirkət tərəfindən TSMC-ə hazırlatdırılır. TSMC şirkətinin bu il 7 nm-lik çiplər üçün bütün sifariş yerləri artıq dolub. Şirkətin bəyan etdiyi məlumatlara görə artıq sadəcə 5 nm12 nm-lik çiplər istehsal edə bilər. Çox güman ki, Huawei də bu səbəbdən 5 nm-ə daha sürətli keçid etməli oldu.
    Linki kopyala