Huawei Mate 40 smartfon seriyası bu il satışa çıxmaya bilər
Cihazlar+
14.09.2020
Farid Pardashunas
Mütəmadi ortaya çıxan məlumat sızıntıları Huawei şirkətinin Mate 40 flaqman smartfon seriyasının həm texniki özəllikləri həm də satış tarixi barəsində təfərrüatları təqdim edirlər. İndi isə nüfuzlu insayderin verdiyi məlumata əsasən Huawei pərəstişkarları bu il Mate 40 seriyasının satışlarını gözləməyə bilərlər. Bu barədə Gizmochina saytı xəbər verib. Nüfuzlu insayder olan Evan Blass öz Twitter hesabında bildirib ki, Mate 40 seriyasının təqdimatı bu ilin sonuna kimi baş tutsa da smartfonlar yanız 2021-ci ildə satışa çıxacaqlar.
Söhbət, smartfonların qlobal satışlarından gedir. Çin bazarında Mate 40 smartfonları bu il satışa çıxa bilərlər. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə məlumat ortaya çxımışdı ki, Huawei şirkəti Mate 40 seriyası üçün nəzərdə tutulmuş komponentlərin istehsalat sayını azaldıb. Bunun əsas səbəbi ondadır ki, şirkət analitiklərinin fikirlərinə əsasən satışlar gözlənildiyindən aşağı olacaq. ABŞ sanksiyaları səbəbilə Mate 40 seriyası Google servislərinə sahib olmayacaq. Bununla yanaşı sözügedən seriyanın smartfonları Kirin 9000 flaqman prosessoru ilə təchiz olunmalıdırlar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)