Honor CEO-su şirkətin yeni smartfonlarına Google servislərinin gəlib-gəlməyəcəklərindən danışıb
Cihazlar+
28.01.2021
Emil Nəcəfov
Artıq Huawei tərkibində fəaliyyət göstərən brend rolundan ayrılaraq müstəqil şirkətə çevrilmiş Honor keçən həftə V40 flaqman smartfonunu təqdim etmişdi. Bir çoxlarını maraqlandıran əsas sual isə ondan ibarət idi ki, bu yeni smartfonda Google servisləri dəstəklənəcək yoxsa yox? Bu sualın cavabını Honor şirkətinin CEO-su verib. Çinin South China Morning Post saytına müsahibə verən zaman Honor şirkətinin general direktoru Zhao Ming yeni Honor smartfonlarının Google servislərinə sahib olub-olmayacaqları sualına cavab verib.
Müsahibə çərçivəsində o, dəqiq bir cavab verməsə də qeyd edib ki, Honor şirkəti artıq Google ilə danışıqlar aparır və yaxın zamanda iki şirkət arasındakı əməkdaşlığın yenidən bərpasına ümid edir. Qeyd etmək lazımdır ki, bir neçə gün bundan öncə məlum oldu ki, Honor şirkəti artıq AMD, Qualcomm, Intel, MediaTek, Micron Technology, Samsung, Sony və SK Hynix kimi şirkətlərlə əməkdaşlıq müqaviləsi bağlayıb.
Bu səbəbdən də Honor-un Google ilə yenidən əməkdaşlıq etmə ehtimalı çox yüksəkdir. Bununla yanaşı Zhao Ming ABŞ hökuməti tərəfindən Honor şirkətinə qarşı ola biləcək sanksiyalar barəsində də fikirlərini söyləyib. “Məişət əşyalarının istehsalı ilə məşğul olan adi şirkətə qarşı məhdudlaşdırıcı qərarların verilməsində bir səbəb yoxdur. Biz, intellektual mülkiyyət üzrə ödənişlər və vergilər də daxil olmaqla qlobal biznes qaydalarına riayət edirik. Bizim normativ tələblərə nəzarət edən şöbəmiz mövcuddur” - deyə Zhao Ming bildirib.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!