main-post-cover

    Hələ təqdim edilməmiş Samsung Galaxy M54 5G smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    29.11.2022
    Farid Pardashunas
        Samsung-un hələ təqdim edilməmiş Galaxy M54 5G smartfonu Geekbench bençmark saytının testlərindən keçib. Smartfon SM-M546B model nömrəsinə sahibdir. Mövcud olan məlumatlara əsasən Galaxy M54 5G smartfonu s5e8835 nömrəsinə sahib prosessor vasitəsilə çalışacaq. Güman olunur ki, söhbət, Exynos 1380 prosessorundan gedir. Halbu ki, bir neçə müddət bundan öncə ortaya çıxmış məlumatda qeyd edilmişdi ki, Galaxy M54 5G Snapdragon 888 prosessorunu əldə edəcək. Bununla yanaşı smartfon 8 GB RAM ilə təchiz olunmalı və Android 13 əməliyyat sistemi vasitəsilə çalışmalıdır.
        Test nəticələrinə gəldikdə isə Galaxy M54 5G Geekbench-in bir nüvəli testi çərçivəsində 750 xal, çox nüvəli testi çərçivəsində isə 2696 xal toplayıb. Geekbench testləri sözügedən smartfonun texniki özəlliklərini ortaya çıxartmasa da, əvvəlki məlumat sızıntılarına əsasən smartfon 90 Hz-lik təsvir yenilənməsinə sahib 6.67 düym Super AMOLED ekran, 64 MP + 12 MP + 5 MP üçlü arxa kamera, 32 MP-lik ön kamera və 25 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Galaxy M54 5G-nin nə zaman təqdim ediləcəyi bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər