main-post-cover

    Google şirkətinin ilk qatlana bilən smartfonunun sxematik animasiyası ortaya çıxıb

    Cihazlar+
    13.01.2022
    Farid Pardashunas
        Google şirkətinin ilk qatlana bilən smartfonu barəsində yeni məlumatlar ortaya çıxıb. Ortaya çıxmış yeni məlumatlar Google şirkətinin bu cür smartfon üzərində çalışma faktını təsdiqləməklə yanaşı həmçinin onun hansı xarici görünüşə sahib olacağını da sərgiləyirlər. Belə ki, şirkət öz qatlana bilən smartfon modelinin sxematik animasiyasını böyük ekranlı cihazlar üçün nəzərdə tutulmuş Android 12L əməliyyat sisteminin daxilinə inteqrasiya edib. Android 12L-in ikinci beta versiyasının kodunda tərtibatçılar Pipit kod adına sahib cihaza işarə edən məlumatlar aşkar ediblər. 
    Google Pixel Fold
        Bununla yanaşı sözügedən smartfonun sxematik animasiyası da təqdim olunub və həmin animasiyada smartfona SIM kartın yerləşdirilmə prosesi əks edilib. Beləliklə sxematik animasiyadan belə qənaətə gəlmək olar ki, Google şirkətinin ilk qatlana bilən smartfon modeli xarici görünüşcə OPPO Find N smartfonunu xatırladacaq. Tam açıq şəkildə smartfon kvadrat ekranlı cihazı xatırladır və onun ekranının gövdəyə olan nisbəti təqribən 8:7 təşkil edir. Məlumata əsasən Google öz qatlana bilən smartfonunu 7.6 düym əsas ekran və Tensor prosessoru ilə təchiz edəcək. Smartfonun nə zaman təqdim olunacağı və hansı texniki özəlliklərə sahib olacağı barəsində hələ heç bir məlumat yoxdur.
    Google Pixel Fold
    Linki kopyala