main-post-cover

    Google şirkəti Pixel 4 və Pixel 4 XL smartfonlarının istehsalatı ilə satışlarını dayandırıb

    Cihazlar+
    07.08.2020
    Farid Pardashunas
        Google şirkəti keçən ilin oktyabr ayında təqdim olunmuş Pixel 4Pixel 4 XL smartfon modellərinin istehsalatlarının dayandırıldığını elan edib. Sözügedən smartfonlar özünəməxsus rekorda imza atıblar. Belə ki, onlar Pixel seriyası tarixində ən az müddətdə satışda qalmış modellər olublar. Bu barədə XDA-Developers saytı xəbər verib.
        Sözügedən smartfonlar keçən ilin 15 oktyabr tarixində təqdim olunmuşdular. Təqdimat günündən bu günə kimi heç 10 ay keçməmiş şirkət onların satışlarını dayandırmaq qərarına gəlib. Müqayisə üçün qeyd etmək lazımdır ki, Pixel 2Pixel 3 seriyaları il yarım ərzində satışda qalıblar. Google təmsilçiləri bildiriblər ki, anbarlarda olan Pixel 4 modellərinə yeniləri əlavə olunmayacaq.
        Bununla yanaşı sözügedən smartfonlar Google Store saytından da çıxarılacaqlar. Qeyd etmək lazımdır ki, keçən ay şirkət həmçinin Pixel 3a-nın satışlarını da dayandırmışdı. Onun yerinə bir neçə gün bundan öncə təqdim olunmuş Pixel 4a modeli gəlib. Şirkət rəsmi olaraq təsdiqləyib ki, bu ilin ayız fəslində o, Pixel 4a 5G Pixel 5 smartfonlarını təqdim edəcək. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər