main-post-cover

    Google şirkəti daha bir Pixel 5 modelini təqdim edəcək: Real fotolar sızdırılıb

    Cihazlar+
    09.09.2020
    Farid Pardashunas
        Google şirkəti gələn ay Pixel 4a 5GPixel 5 5G smartfonlarını təqdim etməlidir. Lakin sızdırılmış yeni məlumata əsasən şirkət daha bir Pixel modelini təqdim edə bilər. Söhbət, Pixel 5s modelindən gedir. Sözügedən smartfonun real fotoları artıq sızdırılıb. Bu barədə 9to5google saytı xəbər verib. Ortaya çıxmış fotolara əsasən Pixel 5s modeli xarici görünüşcə adi Pixel 5-ə bənzəyir.
        Smartfon ekranının yuxarı sol hissəsində ön kamera üçün nəzərdə tutulmuş dairəvi çıxıntı yerləşdirilib. Arxa paneldə kamera sahəsi və barmaq izi skanı tenxologiyası mövcuddur. Arxa paneldə Google loqosunun yerində yerləşən digər loqo onu bildirir ki, fotolarda əks olunmuş smartfon prototipdir və satış üçün nəzərdə tutulayıb. Pixel 5s modelinin texniki özəllikləri və təqdimat tarixi barəsində məlumat verilməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər