main-post-cover

    Google Pixel 8 smartfonları barəsində ilk məlumatlar ortaya çıxıb

    Cihazlar+
    09.11.2022
    Farid Pardashunas
        Google Pixel 7 smartfonlarının bir neçə müddət bundan öncə satışa çıxmalarına baxmayaraq internetdə artıq Pixel 8 smartfonları barəsində məlumatlar ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumatlara əsasən Google hal hazırda Husky Shiba kod adlarına sahib iki smartfon üzərində çalışır. Husky kod adına sahib smartfonun Pixel 8, Shiba kod adına sahib smartfonun isə Pixel 8 Pro olduğu güman edilir. Hər iki smartfon Google şirkətinin Zuma kod adına sahib bir kristallı fərdi Tensor prosessorunu əldə edəcək.
        Google şirkətinin yeni Tensor prosessoru barəsində hələ məlumatlar olmasa da, məlumdur ki, o özündə Samsung G5300 modemini birləşdirəcək. Gözləntilərə əsasən şirkətin yeni Tensor prosessoru 3 nanometrlik texnoloji proses əsasında hazırlanacaq. Bunun olacağı halda yeni prosessor enerji sərfiyyatı baxımından daha effektiv ola bilər. Bununla yanaşı hər iki smartfonun 12 GB RAM ilə təchiz olunacağı qeyd edilib. Digər məlumata əsasən isə Pixel 8 modeli 2268x1080 piksel keyfiyyətli ekran, Pixel 8 Pro modeli isə 2822x1344 piksel keyfiyyətli ekran ilə təchiz olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər