main-post-cover

    Google Pixel 8 barəsində məlumat verilib

    Cihazlar+
    01.06.2023
    Emil Nəcəfov
        Artıq məlumdur ki, Google şirkəti bu ilin payız fəslində təqdim olunacaq Pixel 8Pixel 8 Pro smartfonları üzərində çalışır. İndi isə məlum olub ki, adi Pixel 8 modeli Wireless Power Consortium (WPC) adlı konsorsiumun məlumatlar bazasında ortaya çıxıb. Məlumata əsasən Pixel 8 smartfonu GKWS6 model nömrəsinə sahibdir. Bununla yanaşı WPC məlumatlarında qeyd edilib ki, Pixel 8 modeli 12 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasının dəstəyini əldə edəcək və naqilsiz şarj texnologiyası standartı kimi Qi2 deyil, Qi çıxış edəcək. Qeyd etmək lazımdır ki, Pixel 7 smartfonu da 12 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. Digər texniki göstəricilərə gəldikdə isə Pixel 8-in 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.16 düym OLED ekran, Tensor G3 prosessoru, 8/12 GB RAM, ikili arxa kamera və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı gözlənilir.
    Linki kopyala