main-post-cover

    Google öz smartfonlarında fərdi prosessorlardan istifadə edə bilər

    Cihazlar+
    04.04.2021
    Farid Pardashunas
        İnternetdə ortaya çıxmış məlumata əsasən Google şirkəti bu ilin payız fəslində fərdi şəkildə yaradılmış prosessora sahib ilk Pixel smartfonunu təqdim edəcək. Bunun sayəsində şirkət hardware software təminatlərının işlərini daha yaxşı optimizasiya edəcək. Bu barədə 9to5google saytı xəbər verib. Qeyd etmək lazımdır ki, Google şirkətinin fərdi prosessoru barəsində ilk məlumatlar hələ keçən ilin aprel ayında ortaya çıxmışdılar. İndi isə ortaya çıxmış yeni məlumatlara əsasən Raven Oriole kod adlarına sahib yeni Pixel smartfonları həqiqətən də Whitechapel GS101 adlı prosessora sahib olacaqlar.
        Burda GS hissəsinin açılışı Google Silicon kimi qeyd olunur. Məlumata əsasən Whitechapel prosessorlarının yaradılma prosesi Samsung Semiconductor şirkəti ilə sıx əməkdaşlıq çərçivəsində reallaşdırılır. Bu məsələdə Google şirkətinin öz platformasını sıfırdan yığdığı və ya Samsung-un texnologiyalarından istifadə etdiyi bilinmir. Bundan əlavə olaraq məlumata əsasən Whitechapel prosessorları Pixel smartfonlarından əlavə olaraq həmçinin Chromebook noutbuklarında da istifadə olunacaq.
    Linki kopyala