main-post-cover

    Gələcək iPhone smartfonları suyun və yağışın altında daha normal şəkildə çalışa biləcəklər

    Cihazlar+
    05.07.2022
    Farid Pardashunas
        Bir çox flaqman və bəzi orta büdcəli smartfonların gövdələri IP67 və ya IP68 standartı üzrə sudan qorunurlar. Bu isə o deməkdir ki, həmin smartfonları suyun və ya yağışın altında istifadə etmək oalr. Lakin bu cür vəziyyətlərdə smartfondan istifadə prosesi qəlizləşir. Belə ki, onun ekranı su damcılarına reaksiya verməyə başlayır. Apple şirkəti isə öz növbəsində bu qıcıqlandırıcı problemi aradan qaldırmaq üçün nəzərdə tutulmuş yeni üsulu fikirləşib və onu patentləşdirib. Şirkətin yeni patenti “Elektron cihazın nəmişliklə qarşılıqlı əlaqəsi zamanı funksionallığını dəyişməsi” adını əldə edib. Həmin patentə əsasən iPhone modeli təzyiq və nəmişlik sensorlarından istifadə edərək rütubət vəziyyətini təyin edə bilər.
        Rütubət vəziyyəti isə ekran üzərində olan az miqdarda su damcısı ilə cihazın tamamilə su daxilində olması arasında dəyişə bilər. Su ilə kontaktı və həmin kontaktın xarakterini təyin edəndən sonra smartfon yaranmış yeni vəziyyətə adaptasiya ola bilər. Bu halda onun ekranı səhv toxunuşlara reaksiya verməyəcək. Təzyiq sensorlarının istifadəsi barmağın ekrana real toxunuşunu ekrana su damcılarının düşməsindən ayıra biləcək. Bunun sayəsində smartfondan yağışın və ya suyun altında rahat istifadə etmək olar. Bundan əlavə olaraq patentdə qeyd edilib ki, smartfonun su ilə kontaktı zamanı onun istifadəçi interfeysi dəyişə bilər. Məsələn ekran üzərindəki sensorlu düymələr öz yerlərini dəyişə və ya ölçülərini böyüdə bilərlər. Bu isə öz növbəsində onlara rahat şəkildə klikləməni təmin edə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər