main-post-cover

    Galaxy Z Fold 2-nin daha premium versiyası: Qatlana bilən Galaxy W21 5G təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    05.11.2020
    Farid Pardashunas
        Samsung şirkətinin qatlana bilən smartfon modellərinin sayında artım olub. Belə ki, şirkət qatlana bilən Galaxy W21 5G smartfon modelini təqdim edib. Təqdim edilmiş yeni Galaxy W21 5G smartfonunun texniki özəllikləri bir neçə müddət bundan öncə təqdim edilmiş Galaxy Z Fold 2 modelinin texniki göstəriciləri ilə eynidir. Lakin Galaxy Z Fold 2 ilə müqayisədə yeni smartfon bir sıra təkmilləşdirilmiş özəlliklər əldə edib. Beləliklə Galaxy W21 5G modeli 2048x1536 piksel keyfiyyətli 7.6 düym daxili Dynamic AMOLED ekrana sahibdir.
        Daxili ekran 120 Hz-lik təsvir yenilənməsini dəstəkləyir. Bununla yanaşı smatfon HD+ keyfiyyətli 6.2 düym xarici Super AMOLED ekranla da təchiz olunub. Əsas texniki göstəricilərə gəldikdə isə sözügedən smartfon Snapdragon 865+ prosessoru, 12 GB RAM, 512 GB daxili yaddaş həcmi, 12 MP + 12 MP + 12 MP üçlü arxa kamera, 10 MP-lik ön kamera və 25 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub.
        Smartfon həmçinin 11 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını da dəstəkləyir. Qeyd etmək lazımdır ki, bu smartfon Galaxy Z Fold 2-dən fərqli olaraq 2 dəfə daha çox daxili yaddaş həcminə sahibdir. Həmçinin Galaxy Z Fold 2 ilə müqayisədə Galaxy W21 5G-də eSIM əvəzinə ikinci SIM kart girişi reallaşdırılıb. Galaxy W21 5G bu ayın sonunda Çində 3000$ qiymətində satışa çıxacaq. Onun başqa regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər