main-post-cover

    Galaxy Z Flip 5G təqdim olunub: Orijinal Galaxy Z Flip-dən nə ilə fərqlənir? (QİYMƏTİ)

    Cihazlar+
    23.07.2020
    Emil Nəcəfov
        Avqustun əvvəlində keçiriləcək Galaxy Unpacked 2020 tədbirini gözləməyərək Samsung şirkəti qatlana bilən Galaxy Z Flip smartfon modelinin yenilənmiş versiyasını təqdim edib. Galaxy Z Flip 5G adını əldə etmiş yenilənmiş model xarici görünüşdə ciddi dəyişikliklər əldə etməsə də daha güclü texniki göstəricilər ilə təchiz olunub. Yenilənmiş Galaxy Z Flip 5G-nin əsas özəlliyi ondan ibarətdir ki, o, Snapdragon 865 Plus prosessoruna sahibdir. Qeyd etmək lazımdır ki, bu prosessor 5G dəstəyinə də sahibdir.
        Digər özəlliklər baxımından smartfonun 5G versiyası orijinal versiyası ilə eynidir. Belə ki, Galaxy Z Flip 5G modeli 6.7 düym əsas AMOLED ekran, 1.1 düym xarici ekran, 8 GB RAM, 256 GB daxili yaddaş həcmi, 12 MP-lik arxa kamera, 10 MP-lik ön kamera və 3300 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Galaxy Z Flip 5G modeli 7 avqust tarixində 1450$ qiymətində satışa çıxacaq. Yəni 5G model adi Galaxy Z Flip-dən 70$ bahadır. Qeyd etmək lazımdır ki, smartfonun 5G versiyası hələ ABŞ-da satışa çıxacaq.
    Linki kopyala