main-post-cover

    Galaxy S23 Ultra yeni unikal gecə çəkilişi rejiminə sahib olacaq (VİDEO)

    Cihazlar+
    24.01.2023
    Farid Pardashunas
        1 fevral tarixində Samsung şirkəti Galaxy Unpacked 2023 tədbirini keçirdəcək və həmin tədbir çərçivəsində Galaxy S23 flaqman smartfon seriyasını təqdim edəcək. Baş tutacaq Galaxy Unpacked 2023 tədbirinin promo kampaniyasına isə şirkət öz Youtube kanalında qısa video ilə start verib. “Epic nights are coming” şüarına sahib video Galaxy S23 Ultra-nın diqqət çəkəcək yeni gecə çəkilişi rejimini sərgiləyir. Videoda Ayın yüksək detalizasiyaya və aşağı küy səviyyəsinə sahib fotosunu görmək olar. Çox güman ki, şirkət bu videoda Galaxy S23 Ultra-nın sahib olacağı 100 qat kosmik zoom funksiyasını sərgiləyib.
        Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə Galaxy S23 Ultra barəsində ortaya çıxmış məlumatlarda smartfonun bu cür funksiyaya sahib olacağı bildirilmişdi. Hələ keçən həftə Samsung ISOCELL HP2 adlı yeni 200 MP-lik kamera sensorunu anons etmişdi. Məlumata əsasən həmin kamera sensorunu ilk əldə edəcək smartfon məhz Galaxy S23 Ultra modeli olacaq. Bununla yanaşı smartfon yeni gecə çəkilişi rejimini özündə birləşdirəcək. Lakin buna baxmayaraq 3 qat və 10 qat zoom funksiyaları keçən ilki Galaxy S22 Ultra modelindəki kimi olacaq. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər