main-post-cover

    Galaxy S21 FE smartfonunun bütün texniki göstəriciləri barəsində məlumat verilib

    Cihazlar+
    19.12.2021
    Farid Pardashunas
        Nüfuzlu insayder Roland Quandt Samsung şirkətinin Galaxy S21 FE smartfonu haqqında yeni məlumatları təqdim edib. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung sözügedən smartfonu ləğv edib. Lakin daha sonra məlum oldu ki, şirkət yanvar ayında keçiriləcək CES 2022 sərgisində iştirak edəcək. Heç istisna deyil ki, şirkət Galaxy S21 FE smartfonunu məhz həmin sərgidə təqdim etsin. Roland Quandt isə Galaxy S21 FE-nin sahib olacağı texniki göstəricilər barəsində məlumat verib. Bundan əlavə olaraq smartfonun hansı qiymətə satılacağı da məlum olub. Beləliklə insayderin verdiyi məlumata əsasən smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 2340x1080 piksel keyfiyyətli 6.4 düym Dynamic AMOLED 2X ekran ilə təchiz olunacaq.
        Ekran həmçinin Gorilla Victus qoruyucu şüşəsi ilə əhatə olunacaq. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya ediləcək. Smartfon gövdəsi IP68 standartı üzrə sudan qorunacaq və stereo səsgücləndiricilərə sahib olacaq. Əsas texniki özəlliklərə gəldikdə isə Galaxy S21 FE modeli Snapdragon 888 prosessoru, 6/8 GB RAM, 128 GB daxili yaddaş həcmi, 12 MP (f/1.8 diafraqma, OIS) + 12 MP (f/2.2 diafraqmalı ultragenişbucaqlı obyektiv) + 8 MP (f/2.4 diafraqma, OIS, 3 qat optik zoom) üçlü arxa kamera, 32 MP-lik ön kamera və sürətli şarj texnologiyasına sahib 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Məlumata əsasən 6 GB RAM-a sahib model 749 avroya, 8 GB RAM-a sahib model isə 819 avroya satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər