Galaxy Note 20 Ultra-nın real fotoları sızdırılıb

Galaxy Note 20 Ultra-nın real fotoları sızdırılıb

Mobil Cihazlar
07.07.2020 PAYLAŞIM

    Render fotoların sızıdırılmasından sonra Galaxy Note 20 Ultra smartfon modelinin real fotoları da sızıdırılıb. Sızdırılmış real fotolardan sözügedən smartfonun dizayn özəlliklərini müşahidə etmək olar. Bu barədə Gizmochina saytı xəbər verib. Smartfonun real fotolarını Jimmy is Promo adlı Youtube kanalının müəllifi təqdim edib. Təqdim edilmiş fotolarda Galaxy Note 20 Ultra modeli S Pen stilusu ilə birlikdə əks olunub. Real fotolara həmçinin smartfonun arxa kameraları da düşüblər.

    Beləliklə həmin fotolar əvvəlki məlumat szıntılarını təsdiqləyirlər. Belə ki, əvvəlki məlumat sızıntalarında qeyd olunurdu ki, Galaxy Note 20 Ultra smartfonu periskop zoom obyektiv əldə edəcək. Galaxy Note 10+ modelindən fərqli olaraq Galaxy Note 20 Ultra-nın dizaynı iti gövdə bucaqları, daha nazik ekran çərçivələri, ekran üzərində ön kamera üçün daha kiçik dairəvi çıxıntı hissə və daha böyük əyilmə bucağına sahib ekran kənarları ilə təchiz olunub. Qeyd etmək lazımdır ki, Galaxy Note 20 seriyasının təqdimatı gələn ay baş tutmalıdır.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Motorola RAZR 2-nin təqdimat tarixi elan edilib

Öz ilk qatlana bilən smartfon modelini Motorola brendi keçən ilin dekabr ayında təqdim etmişdi. İndi..


Məşhur insayder iPhone 12-nin təqdimat tarixi barəsində məlumat verib

Məşhur insayder Jon Prosser, Apple şirkətinin yeni məhsullarının təqdimat tarixləri barəsində məluma..


Xiaomi şirkəti Mi 10 Ultra flaqman smartfonunu təqdim edib - QİYMƏTİ

Xiaomi şirkətinin 10 illiyi şərəfinə keçirilmiş böyük təqdimat tədbiri çərçivəsində şirkət Mi 10 Ult..


Məşhur insayder Huawei Mate 40 barəsində vacib məlumat verib

Məşhur insayder Evan Blass, Huawei şirkətinin təqdim olunacaq Mate 40 seriyası barəsində məlumatlar ..


Apple şirkəti daha bir iPhone 12 modelini satışa çıxarda bilər: Söhbət, hansı mo..

Wedbush Securities analitik şirkətinin məlumatlarına əsasən Apple şirkəti 4 ədəd deyil 5 ədəd iPhone..


Huawei Mate 40-ın texniki özəllikləri sızdırılıb

Huawei Mate 40 seriyasının təqdimatının yaxınlaşması ilə internetdə onun barəsində daha çox məlumat ..

×