main-post-cover

    Galaxy Note 20 seriyası və qatlana bilən Galaxy Fold 2 smartfon nə zaman təqdim olunacaqlar?

    Cihazlar+
    06.06.2020
    Emil Nəcəfov
        Son zamanlarda hələ təqdim olunmamış Galaxy Note 20 smartfon seiryası barəsində çoxlu sayda məlumat sızıntısı baş verib. Yeni məlumat sızıntısı isə bu ilki ikinci Galaxy Unpacked tədbirinin keçirilmə tarixini əks etdirir. Məlumata əsasən həmin tədbirdə şirkət bir neçə yeni məhsulunu təqdim edəcək. Bu barədə Phonearena saytı xəbər verib.
        Beləliklə Ice Universe ləqəbli məşhur insayder bildirib ki, Samsung şirkəti öz yeni məhsullarının təqdimat tarixini artıq seçib. Onun sözlərinə əsasən şirkət online təqdimat tədbirini 5 avqust tarixində keçirdəcək. İnsayderin verdiyi məlumata əsasən təqdimat çərçivəsində Galaxy Note 20 seriyasından başqa qatlana bilən Galaxy Z Flip-in 5G versiyası, ikinci nəsil Galaxy Fold modeli, Galaxy Tab S7 / S7 Plus planşet modelləri və Galaxy Watch Active 2 smart saatı təqdim olunacaq.
    Linki kopyala