main-post-cover

    Daha əvvəlki iPhone-ların qutularında da EarPods qulaqlıqları ilə şarj cihazı olmayacaq

    Cihazlar+
    14.10.2020
    Farid Pardashunas
        Dünən gecə iPhone 12 smartfon seriyasının təqdimatı çərçivəsində Apple şirkəti elan etdi ki, bundan sonra o öz smartfonlarının qutularına EarPods qulaqlıqları ilə şarj cihazını yerləşdirməyəcək. Məlum olub ki, bu qərar həmçinin daha əvvəlki iPhone modellərini də əhatə edir. Bu barədə Gagadget saytı xəbər verib. Belə ki, Apple şirkətinin rəsmi saytında verilmiş məlumata əsasən iPhone 11, iPhone XR iPhone SE (2020) smartfonlarının qutularında da EarPods qulaqlıqları ilə şarj cihazı olmayacaq.
        Bundan sonra bu smartfonların qutularında yalnız USB-C - Lightning naqili olacaq. Qeyd etmək lazımdır ki, daha əvvəllər bu smartfonların qutularında USB-A - Lightning naqili olurdu. Həmçinin iPhone 12-nin təqdim olunması ilə şirkət iPhone 11 ProiPhone 11 Pro Max modellərini satışdan çıxartdı və iPhone 11 ilə iPhone XR-in qiymətini aşağı saldı.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər