main-post-cover

    Bütün Honor Magic 5 modellərinin texniki özəllikləri və qiymətləri barəsində məlumat verilib

    Cihazlar+
    08.11.2022
    Emil Nəcəfov
        Dünən Honor şirkəti yeni Honor Magic 5 smartfon seriyasının təqdimat tarixini elan etdi. Beləliklə Honor Magic 5 smartfon seriyası 23 noyabr tarixində təqdim olunacaq. İndi isə insayderlər sözügedən seriyaya daxil olacaq bütün smartfonların texniki özəllikləri barəsində məlumat veriblər. Məlumata əsasən Honor-un yeni flaqman smartfon seriyasına 3 model daxil olacaq: Magic 5, Magic 5 ProMagic 5 Prestige Edition. İnsayderlər bildiriblər ki, bütün bu smartfonlar 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.8 düym OLED ekran ilə təchiz olunacaqlar. Bununla yanaşı ekranların maksimal parlaqlıq səviyyələri 1100 nit təşkil edəcək və onlar HDR10+ texnologiyasının dəstəyinə sahib olacaqlar.
        Barmaq izi skanı texnologiyası birbaşa ekranlara inteqrasiya ediləcək. Smartfonların digər ortaq özəllikləri ondan ibarət olacaq ki, onlar Snapdragon 8 Gen 2 prosessoru, 13 MP-lik ön kamera, LPDDR5X standartlı RAM yaddaşı və UFS standartlı sürətli daxil yaddaş həcmləri ilə təchiz olunacaqlar. Məlumatda qeyd edilib ki, adi Magic 5 modelinin gövdəsi IP54 standartı üzrə sudan qorunacaq və o, 66 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Magic 5 Pro və Magic 5 Prestige Edition modellərinə gəldikdə isə onların gövdələri IP68 standartı üzrə sudan qorunacaqlar və onlar 100 vatt gücündə sürətli naqilli və 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyalarına sahib 4800 mAh enerji tutumlu batareya ilə təchz olunacaqlar.
        Kameralar mövzusunda bütün Magic 5 modelləri üçlü arxa kamera ilə təchiz olunacaqlar. Adi Magic 5 modelində əsas Sony IMX800 obyektivi və iki köməkçi Sony IMX758 ilə OmniVision OV64B obyektivləri olacaq. Magic 5 Pro-da əsas Sony IMX878 (optik stabilizasiya dəstəkli) obyektivi və iki köməkçi Sony IMX516 ilə OmniVision OV64B obyektivləri olacaq. Magic 5 Prestige Edition modelinə gəldikdə isə bu smartfonda əsas Sony IMX989 obyektivi, əlavə Sony IMX516 obyektivi və Sony-nin optik stabilizasiya dəstəkli adı bilinməyən digər obyektivi olacaq. insayderlər Magic 5 modellərinin satış qiymətlərini də açıqlayıblar. Onların məlumatlarına əsasən smartfonlar aşağıdakı qiymətlərlə satılacaq:
    - 8 GB RAM-a və 128 GB yaddaşa sahib Magic 5 - 696$
    -12 GB RAM-a və 256 GB yaddaşa sahib Magic 5 - 751$
    - 12 GB RAM-a və 512 GB yaddaşa sahib Magic 5 - 862$
    - 8 GB RAM-a və 128 GB yaddaşa sahib Magic 5 Pro - 835$
    - 12 GB RAM-a və 256 GB yaddaşa sahib Magic 5 Pro - 891$
    - 12 GB RAM-a və 512 GB yaddaşa sahib Magic 5 Pro - 1000$
    - 12 GB RAM-a və 512 GB yaddaşa sahib Magic 5 Prestige Edition - 1113$.
    Linki kopyala