Büdcəli Samsung Galaxy A05s smartfonunun render fotoları təqdim edilib

Büdcəli Samsung Galaxy A05s smartfonunun render fotoları təqdim edilib

Mobil Cihazlar
13.09.2023 PAYLAŞIM

    Samsung şirkəti Galaxy A seriyasının yeni büdcəli smartfonunu təqdim etməyə hazırlaşır. Söhbət, Galaxy A05s smartfonundan gedir. İndi isə OneLeaks ləqəbli məşhur insayder sözügedən smartfonun render fotolarını və bəzi məlumatlarını təqdim edib. Fotolardan da görmək olar ki, Galaxy A05s smartfonu Galaxy A seriyasının digər büdcəli modellərinin dizaynlarını əldə edəcək. Smartfon yastı ekrana sahib olacaq və ekranın yuxarı mərkəz hissəsində damcı formalı çıxıntı yerləşəcək.


    Məlumatda qeyd edilib ki, Galaxy A05s smartfonu 6.6 düym ekranla təchiz olunacaq və özündə 25 vatt gücündə sürətli şarj texnologiyalı 4000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Bununla yanaşı smartfon naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişə sahib olacaq. Galaxy A05s-in nə zaman təqdim olunacağı barəsində dəqiq bir məlumat yoxdur. Sadəcə güman etmək olar ki, smartfon bu ilin sonuna kimi təqdim olunacaq.



DAHA ÇOX


Redmi K70 barəsində yeni məlumatlar verilib

Digital Chat Station ləqəbli məşhur insayder Redmi brendinin flaqman smartfon seriyası olacaq Redmi ..


iPhone 16 hansı prosessor vasitəsilə çalışacaq?

iPhone 15 smartfonlarının yenicə satışa çıxdıqlarına baxmayaraq insayderlər artıq gələn ilki iPhone ..


Xiaomi 13T və 13T Pro təqdim olundu - QİYMƏTİ

Xiaomi qlobal bazarda Xiaomi 13T və 13T Pro smartfonlarını təqdim edib.


Google Pixel 8 smartfonlarının bütün texniki göstəriciləri ortaya çıxıb..

Google Pixel 8 smartfonlarının təqdimatlarına 1 həftə qalmış onların texniki göstəriciləri internetd..


Samsung Galaxy S23 FE hansı qiymətə satılacaq?

Mysmartprice saytı təqdimata hazırlaşan Samsung Galaxy S23 FE smartfonunun satış qiyməti barəsində m..


Samsung Galaxy A35 barəsində ilk məlumatlar ortaya çıxıb

Samsung mart ayında Galaxy A34 smartfonunu təqdim etmişdi. İndi isə şirkət aktiv şəkildə onun davamç..

×