main-post-cover

    Büdcəli OnePlus Nord-un yeni dizayn görüntüsü təqdim olundu (VİDEO)

    Cihazlar+
    04.07.2020
    Emil Nəcəfov
        OnePlus şirkəti özünün Nord adlı büdcəli smartfon modelinə istifadəçilərin maraqlarını artırmağa davam edir. OnePlus Nord-un əsas özəlliklərindən biri aşağı qiymət göstəricisi olacaq. Bir neçə müddət bundan öncə şirkət sözügedən smartfona həsr edilmiş videoda onun ön panelini sərgiləmişdi. İndi isə OnePlus Nord-un arxa panelini incələmək mümkün olub.
        Bu barədə Androidauthority saytı xəbər verib. Əvvəlki render fotolarında olduğu kimi rəsmi görüntüdə də smartfonun arxa kameraları arxa panelin yuxarı sol hissəsində yerləşirlər. Artıq məlumdur ki, smartfon dördlü arxa kamera ilə təchiz olunacaq və onlardan ən əsası 64 MP-lik olacaq. Arxa panelin ortasında OnePlus şirkətinin loqosu yer alıb.
        Arxa paneldə barmaq izi skanı texnologiyası yoxdur. Burdan da belə qənaətə gəlmək olar ki, barmaq izi skanı texnologiyası ya smartfonun ekranına ya da yandırıb/söndürmə düyməsinə inteqrasiya ediləcək. Daha bir təsdiq olunmuş məlumat ondan ibarətdir ki, smartfon 5G dəstəkli Snapdragon 765G prosessoru ilə çalışacaq. OnePlus Nord smartfon modelinin bu ay təqdim olunacağı gözlənilir.
    Linki kopyala