main-post-cover

    Bu dəfə dəqiq: Apple şirkəti iPhone 12-nin təqdimat tarixini rəsmi şəkildə elan edib

    Cihazlar+
    07.10.2020
    Emil Nəcəfov
        Olmuş bir çox məlumat sızıntısından sonra Apple şirkəti sonunda öz növbəti təqdimat tədbirinin keçirilmə tarixini açıqladı. Gözləntilərə əsasən həmin tədbirdə şirkət yeni iPhone 12 smartfon seriyasını təqdim edəcək. Beləliklə Apple şirkətinin yeni təqdimat tədbiri 13 oktyabr tarixində baş tutacaq. Güman olunur ki, tədbir çərçivəsində şirkət 4 ədəd yeni iPhone 12 modelini təqdim edəcək:
        5.4 düym ekrana sahib kompakt ölçülü iPhone 12 Mini, 6.1 düym ekrana sahib iPhone 12 iPhone 12 Pro, 6.7 düym ekrana sahib iPhone 12 Pro Max. Son məlumat sızıntılarına əsasən təqdim olunacaq iPhone 12 modelləri iPad Pro və bir neçə müddət bundan öncə təqdim edilmiş iPad Air 4 planşet modellərinin dizaynlarına sahib olacaqlar. Bununla yanaşı şirkət təqdimat çərçivəsində həmçinin AirPods Studio adlı professional qulaqlıqları, itmiş əşyaların tapılması üçün nəzərdə tutulmuş AirTag trekerlərini və AirPower naqilsiz şarj stansiyasını təqdim edə bilər.
    Linki kopyala