main-post-cover

    Böyük həcmli batareyaya sahib yeni orta büdcəli Moto G32 smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    29.07.2022
    Farid Pardashunas
        2 avqust tarixində Motorola şirkəti öz yeni flaqman smartfonlarını təqdim edəcək. Lakin ondan öncə şirkət Moto G32 adlı yeni orta büdcəli smartfonunu təqdim edib. Sözügedən smartfon yüksək tezlikli təsvir yenilənməsinə sahib ekran, orta səviyyəli Snapdragon prosessoru, yüksək göstəricili kamera və böyük həcmli batareya ilə təchiz olunub. Beləliklə Moto G32 modeli 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.5 düym LCD ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası isə yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Moto G32 modeli özündə həmçinin kontaktsız ödənişlər üçün NFC çipi, Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri və naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogirişi birləşdirir.
        Əsas texniki göstəricilər baxımından smartfon 8 nüvəli Snapdragon 680 prosessoru, 4/6 GB RAM, 64/128 GB daxili yaddaş həcmi (1 TB-a kimi microSD dəstəkli), 50 MP (f/1.8 diafraqma, fazalı avtofokus) + 8 MP (f/2.2 diafraqma, 118 dərəcə bucaq əhatəsi) + 2 MP (f/2.4 diafraqma) üçlü arxa kamera, 16 MP-lik (f/2.4 diafraqma) ön kamera və 30 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Qeyd etmək lazımdır ki, smartfonun həm arxa kameraları həm də ön kamerası saniyədə 30 kadr sürətlə 1080p 720p keyfiyyətində videolar çəkə bilirlər. Moto G32 smartfonu Android 12 vasitəsilə çalışır. Smartfon Avropa bazarında yaxın zamanda satışa çıxacaq və onun qiyməti 210 avrodan başlayacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər