main-post-cover

    Apple yenidən iPhone-ların bilərəkdən zəiflədilməsində günahlandırılır

    Cihazlar+
    18.07.2021
    Emil Nəcəfov
        Apple hələ bir neçə il bundan öncə iPhone modellərinin performanslarının bilərəkdən aşağı endirilməsi ilə bağlı qalmaqal yaşamışdı. Bu qalmaqalın nəticələri ilə şirkət hələ də mübarizə aparır. Lakin buna baxmayaraq Apple bu məsələ ilə bağlı yeni qalmaqala səbəb olub. Belə ki, İspaniyanın İstehlakçı Hüquqlarının Qorunması Qrupu (OCU) bir neçə müddət bundan öncə Apple şirkətinin bu məsələ ilə bağlı izahat təqdim etməsi və zərər çəkmiş insanlara təzminatın ödənməsi üzrə rəsmi sorğu göndərmişdi. Bu dəfəki məlumatda qeyd edilib ki, Apple həm köhnə həm də yeni iPhone modellərinin performanslarını aşağı salır.
        Sözügedən modellərin arasında iPhone 12, iPhone 11, iPhone 8 iPhone XS var. OCU-nun təqdim etmiş olduğu məlumata əsasən iOS 14.5, iOS 14.5.1iOS 14.6 əməliyyat sistemləri istehlakçı cihazlarının prosessorlarının sürətlərini və avtonom çalışma müddətlərini aşağı salaraq onlara müəyyən səviyyədə zərər yetiriblər. Qeyd etmək lazımdır ki, adları sadalanmış əməliyyat sistemləri ilə bağlı problemlər həqiqətən də kütləvi informasiya vasitələrində ortaya çxmışdılar. OCU istehlakçılara təqdim olunacaq ən yaxşı təzminat variantının təmin olunması üçün Apple ilə dialoq yaratmaq istəyir. Lakin əgər dialoq baş tutmasa, o, məhkəmə prosesləri də daxil olmaqla digər variantları nəzərdən keçirdəcək.
    Linki kopyala