Apple yeni qatlana bilən smartfon dizaynını patentləşdirib
Cihazlar+
21.04.2021
Farid Pardashunas
Apple yeni qatlana bilən smartfon dizaynını patentləşdirib. Patent sənədinə əsasən cihazın ekranı xarici istiqamətdə qatlanır. Smartfonun əsas özəlliyi isə ondan ibarətdir ki, onda Touch ID və səsin tənzimlənməsi düymələri kimi özəlliklərin sensorlu analoqlara keçid etmələridir. Smartfonda sensorlu düymələrin istifadəsi öz növbəsində çərçivəsiz ekranın reallaşdırılmasına şərait yaradır. Bununla yanaşı patent sənədinə əsasən ekran cihazın hər iki tərəfində eyni ölçüyə sahib olacaq. Patentdə əsas diqqət cihazın şarnir konstruksiyasına ayrılıb. Apple müxtəlif şarnir konstruksiyalarını nəzərdən keçirdir.
Onların arasında hətta ekranın bir neçə hissədə qatlanması da var. Ekranın ən həssas hissəsində Apple elə bir şüşədən və ya şəffaf materialdan istifadə etmək istəyir ki, o, ekrandakı təsvirin yüksək keyfiyyətini, barmağın ekrana toxunuşunun dəqiq təyinini və ekranın uzun zaman ərzində çalışmasını təmin etsin. Bununla belə Apple qatlana bilən iPhone modelini müxtəlif girişlərdən məhrum etmək niyyətində deyil. Patent təsvirində qeyd olunub ki, smartfon gövdəsində bir sıra fiziki giriş portları yer alıblar. İnsayderlərin fikirlərinə əsasən patentdə çoxlu sayda detalın olması Apple şirkətinin yaxın gələcək üçün ilk qatlana bilən smartfon modelinin təqdimatına hazırlaşdığından xəbər verir.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!