main-post-cover

    Apple yaxın gələcəkdə iPad modellərindən birini qatlana bilən iPhone ilə əvəz edə bilər

    Cihazlar+
    12.11.2020
    Farid Pardashunas
        Daha öncədən internetdə Apple şirkətinin qatlana bilən iPhone modeli üzərində çalışdığı barəsində məlumatlar ortaya çıxmışdı. İndi isə həmin smartfon barəsində yeni təfərrüatlar verilib. The Verifier saytının Apple şirkətindəki mənbəsinə istinadən verdiyi məlumata əsasən şirkət qatlana bilən iPhone modelini 2022-ci ildə satışa çıxartmağı planlaşdırır. Məlumata əsasən şirkətin yeni məhsulu iPhone ilə iPad mini-ni xatırladacaq bir cihaz olacaq. Buna görə də Apple şirkətinin iPad mini modelini ümumiyyətlə satışdan çıxardacağı gözlənilir.
        Bundan əlavə olaraq verilmiş məlumatda qeyd olunub ki, qatlana bilən iPhone modelinin standart versiyası 8 GB RAM və 256 GB daxili yaddaş ilə təchiz olunacaq. Cihaz iPadOS əməliyyat sistemi vasitəsilə çalışacaq. Cihazın qiymətinə gəldikdə isə mənbənin verdiyi məlumata əsasən o, 1500$-dan başlayacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, hal hazırda satışda olan Galaxy Z Fold 2 smartfonu 2000$-a, Huawei Mate Xs smartfonu isə 2500$-a satılır. Qeyd etmək lazımdır ki, 2022-ci ilə kimi şirkətlər bu cür smartfonların istehsalatlarını sadələşdirə bilərlər. Bu halda onların satış qiymətlərində də eniş olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər