Apple şirkətinin acığına: Galaxy S21-in qutusunda bu aksessuarın daha təkmilləşdirilmiş versiyası olacaq
Cihazlar+
05.11.2020
Farid Pardashunas
Son məlumat sızıntılarına əsasən Samsung şirkəti Galaxy S21 smartfon seriyasını daha tez təqdim edəcək. Məlumatlara əsasən şirkət bu smartfon seriyasını fevral ayında deyil yanvar ayında təqdim edəcək. Lakin şirkət öz yeni flaqman smartfonlarının qutularının aksessuarla təminatı mövzusunda Apple şirkətinin yolunu getməyi planlaşdırmır. Bununla belə Samsung əksinə yeni smartfonların qutularındakı aksessuarları təkmilləşdirməyi planlaşdırır.
Belə ki, internetdə ortaya çıxmış yeni məlumata əsasən Galaxy S21 modelinin qutularında bir ədəd təkmilləşdirilmiş aksessuar mövcud olacaq. Bu barədə Mydrivers saytı xəbər verib. Bir neçə müddət bundan öncə ABŞ-ın nizamlayıcı orqanlarının məlumatlar bazasında Samsung-un yeni nəsil naqilsiz qulaqlıqları barəsində məlumatlar aşkar edilmişdi. Bazara yeni naqilsiz qulaqlıqlar Galaxy Buds Beyond adı ilə satışa çıxmalıdırlar.
İnsayderlər isə xəbər veriblər ki, sözügedən qulaqlıqlar Galaxy S21 komplektinin ayrılmaz hissəsinə çevriləcəklər. Məlumata əsasən Galaxy Buds Beyond qulaqlıqları Galaxy S seriyasının qutularına yerləşdirilən standart AKG qulaqlıqlarını əvəz edəcəklər. Qeyd etmək lazımdır ki, Galaxy Buds Beyond qulaqlıqlarının dəqiq texniki göstəriciləri və onların hansı qiymətə satılacaqları barəsində bir məlumat yoxdur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)