main-post-cover

    Apple şirkəti qatlana bilən iPhone üzərində işlərə start verib

    Cihazlar+
    11.09.2020
    Emil Nəcəfov
        Görünür, Apple şirkəti Samsung, Microsoft, Motorola Huawei şirkətlərinin ardınca yaxın gələcəkdə qatlana bilən smartfon modeli təqdim edəcək. Ice Universe ləqəbli məşhur çinli insayderin verdiyi məlumata əsasən Apple şirkəti çoxlu sayda elastiki OLED ekranların əldə olunması üzrə Samsung Display şirkəti ilə razılığa gəlib.
        Bu isə o deməkdir ki, Apple şirkətinin qatlana bilən smartfon modelinin prototipi artıq hazırlanma mərhələsindədir. Qeyd etmək lazımdır ki, şirkətin öz ilk qatlana bilən smartfonu üzərində çalışması məlumatını daha öncə məşhur insayder Jon Prosser də vermişdi. Həmin vaxtda o bildirmişdi ki, Apple şirkətinin qatlana bilən smartfonu xarici görünüşcə Galaxy Z Fold-a deyil Microsoft Surface Duo modelinə bənzəyəcək.
        Əgər bu məlumat həqiqətə uyğundursa deməli Apple tərəfindən hazırlanan qatlana bilən smartfon iki ədəd ayrı-ayrı ekran ilə təchiz olunacaq. Bununla yanaşı qatlana bilən iPhone modelinə Face ID texnologiyasının da inteqrasiya olunacağı gözlənilir. Bu cür iPhone modelinin nə zaman satışa çıxacağı barəsində məlumat yoxdur.
    Linki kopyala