main-post-cover

    Apple şirkəti iPhone üçün olan şarj naqilinin qıcıqlandırıcı problemini həll edəcək

    Cihazlar+
    15.07.2020
    Farid Pardashunas
        Artıq bir neçə dəfə məlumat verilib ki, Apple şirkəti bu ilki iPhone modellərinin qutularından şarj cihazını yığışdıra bilər. Bunun olacağı halda iPhone 12 qutularında yalnız şarj naqili olacaq. Lakin ortaya çıxmış yeni məlumata əsasən uzun illər ərzində ilk dəfə olaraq həmin şarj naqili müsbət dəyişikliyə məruz qalacaq. Belə ki, iPhone 12 modelləri üçün nəzərdə tutulmuş şarj naqilləri daha dözümlü örtüyə sahib olacaqlar. Bu barədə 9to5mac saytı xəbər verb.
        Uzun illər ərzində Apple şirkəti öz smartfonlarını Lightning naqili ilə təchiz edir və həmin naqil polimer materialdan hazırlanmış örtüyə sahibdir. Polimer materialdan hazırlanmış örtük o qədər də dözümlü olmadığı üçün Lightning naqilləri bir neçə müddətlik istifadədən sonra ya yararsız hala düşür ya da onların görünüşləri əvvəlki tək olmurlar. Verilmiş yeni məlumata əsasən Apple şirkəti iPhone 12 smartfonunda daha dözümlü örtüyə sahib yeni model şarj naqilinə keçid edəcək. Bundan əlavə olaraq yeni şarj naqilinin başlıq hissəsi USB Type-C standartında olacaq. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər