Apple şirkəti daha bir iPhone 12 modelini satışa çıxarda bilər: Söhbət, hansı modeldən gedir?

Apple şirkəti daha bir iPhone 12 modelini satışa çıxarda bilər: Söhbət, hansı modeldən gedir?

Mobil Cihazlar
11.08.2020 PAYLAŞIM

    Wedbush Securities analitik şirkətinin məlumatlarına əsasən Apple şirkəti 4 deyil 5 ədəd iPhone 12 modeli satışa çıxardacaq. Bu barədə Business Insider saytı xəbər verib. Məlumata əsasən söhbət, 5G yox LTE dəstəkli iPhone 12 modelindən gedir. Analitiklərin sözlərinə əsasən şirkət ilk öncə iPhone 12 modellərinin həm 4G həm də 5G versiyalarını təqdim etməyi planlaşdırırdı. Lakin sonradan şirkət bu plandan imtina edib. Buna görə də iPhone 12 4G modeli daha sonra satışa çıxacaq.

    Gözləntilərə əsasən iPhone 12 4G modeli gələn iln fevral ayında təqdim olunacaq. Smartfon təqribi olaraq 800$-a satılmalıdır. Qeyd etmək lazımdır ki, gələn ay təqdim olunması gözlənilən iPhone 12 seriyasına yalnız 4 smartfon daxil olacaq. Həmin modellərin hamısı 5G dəstəyini əldə edəcəklər. Bununla yanaşı yeni iPhone 12 modelləri 5.4 düymdən tutmuş 6.7 düymə qədər OLED ekranlar və yenilənmiş Apple A14 Bionic prosessoru ilə təchiz olunmalıdırlar.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Yeni iPhone-lar keçən ilki modellərdən daha baha qiymətə satılacaq

Yeni məlumata əsasən isə bu ilki iPhone modelləri keçən ilki modellərdən daha bahalı olacaqlar...


Samsung şirkəti daha bir büdcəli smartfon seriyası üzərində çalışır

Samsung şirkəti son bir neçə il ərzində bazara Galaxy M və Galaxy A seriyaları altında büdcəli smart..


Google Pixel 5 smartfon modelinin təqdimat tarixi rəsmi şəkildə elan edilib

Olmuş bir sıra məlumat sızıntılarından sonra Google şirkəti Pixel 5 smartfon modelinin təqdimat tari..


LG şirkəti T hərfi formasında dizayna sahib LG Wing smartfonunu təqdim edib

LG şirkəti bu ilin ən qeyri adi smartfonlarından biri olan LG Wing-i təqdim edib.


Huawei Mate 40 smartfon seriyası bu il satışa çıxmaya bilər

Nüfuzlu insayderin verdiyi məlumata əsasən Huawei pərəstişkarları bu il Mate 40 seriyasının satışlar..


Google Play Store-a yeni funksiya gələcək: Tətbiq Paylaşma

Google şirkəti Play Store servisinə yeni və maraqlı funksiya əlavə etməyi planlaşdırır.

×