main-post-cover

    Apple iPhone SE 4 adlı növbəti büdcəli smartfon üzərində çalışır

    Cihazlar+
    04.10.2022
    Farid Pardashunas
        Bugünə kimi Apple artıq iPhone SE seriyasının 3 smartfon modelini təqdim edib. iPhone SE seriyasına daxil olan smartfonlar adi iPhone modellərindən fərqli olaraq daha kompakt ölçüyə sahibdirlər və özlərində bir qədər sadələşdirilmiş texniki özəllikləri birləşdirirlər. Verilmiş məlumata əsasən Apple artıq növbəti nəsil iPhone SE modeli üzərində çalışır. İnsayderlər hazırlanan yeni iPhone SE barəsində bəzi məlumatları veriblər. Beləliklə məlumatda qeyd edilib ki, növbəti iPhone SE modeli iPhone SE 4 adını əldə edəcək və Apple şirkətinin iPhone 14 mini-dən imtina etməsindən sonra şirkətin kompakt ölçülü yeganə smartfon modeli olacaq.
        Məlumatda həmçinin qeyd edilib ki, iPhone SE 4 modeli xarici görünüşcə artıq istehsalı dayandırılmış iPhone XR-ə bənzəyəcək. İnsayderlər bildiriblər ki, iPhone XR-dən fərqli olaraq iPhone SE 4 modeli Face ID texnologiyasını əldə etməyəcək. Onun yerinə smartfon ənənəvi barmaq izi skanı texnologiyası ilə təchiz olunacaq və o, yandırıb/söndürmə düyməsinə inteqrasiya ediləcək. Bununla belə iPhone SE 4 özündə maye kristallik ekranı qoruyub saxlayacaq və iPhone XR-in sahib oluğu batareya həcminə yaxın batareya ilə təchiz olunacaq. iPhone SE 4-ün satış qiymətinin 560$-dan start götürəcəyi güman edilir. Smartfonun nə zaman təqdim ediləcəyi bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər