Apple iPhone mini seriyası ilə vidalaşdı

Apple iPhone mini seriyası ilə vidalaşdı

Mobil Cihazlar
13.09.2023 PAYLAŞIM

    Dünən gecə iPhone 15 smartfon seriyasının təqdimatından sonra Apple ənənəyə sadiq qalaraq bir neçə köhnə iPhone modelinin satışlarını dayandıraraq öz məhsullar kataloqunda dəyişikliklər edib. Beləliklə şirkət iPhone mini seriyası ilə vidalaşıb. Keçən il şirkət iPhone 12 mini modelinin satışlarını dayandırmışdı. İndi isə növbə iPhone mini seriyasının son modelinə çatıb. Söhbət, iPhone 13 mini-dən gedir.

    iPhone 13 mini-nin satışlarının dayandırılması nəticəsində Apple şirkətinin kompakt ölçülü yeganə smartfonu kimi 4.7 düym ekrana sahib 3-cü nəsil iPhone SE modeli qaldı. Apple üstəlik iPhone 14 Pro ilə iPhone 14 Pro Max-ın da satışlarını da dayandırıb. iPhone 15 Pro modellərinin təqdim olunduqlarını nəzərə alsaq, bu, məntiqli səslənir. Belə ki, şirkət alıcıları məhz yeni iPhone 15 Pro modellərinə cəlb etmək niyyətindədir. Satışları dayandırılmış daha bir iPhone modeli isə iPhone 12 olub. Hal hazırda Apple tərəfindən rəsmi şəkildə satılan iPhone modelləri aşağıdakılardır.


- iPhone SE - 429$

- iPhone 13 - 599$

- iPhone 14 - 699$

- iPhone 14 Plus - 799$

- iPhone 15 - 799$

- iPhone 15 Plus - 899$

- iPhone 15 Pro - 999$

- iPhone 15 Pro Max - 1199$.



DAHA ÇOX


Redmi K70 barəsində yeni məlumatlar verilib

Digital Chat Station ləqəbli məşhur insayder Redmi brendinin flaqman smartfon seriyası olacaq Redmi ..


iPhone 16 hansı prosessor vasitəsilə çalışacaq?

iPhone 15 smartfonlarının yenicə satışa çıxdıqlarına baxmayaraq insayderlər artıq gələn ilki iPhone ..


Xiaomi 13T və 13T Pro təqdim olundu - QİYMƏTİ

Xiaomi qlobal bazarda Xiaomi 13T və 13T Pro smartfonlarını təqdim edib.


Google Pixel 8 smartfonlarının bütün texniki göstəriciləri ortaya çıxıb..

Google Pixel 8 smartfonlarının təqdimatlarına 1 həftə qalmış onların texniki göstəriciləri internetd..


Samsung Galaxy S23 FE hansı qiymətə satılacaq?

Mysmartprice saytı təqdimata hazırlaşan Samsung Galaxy S23 FE smartfonunun satış qiyməti barəsində m..


Samsung Galaxy A35 barəsində ilk məlumatlar ortaya çıxıb

Samsung mart ayında Galaxy A34 smartfonunu təqdim etmişdi. İndi isə şirkət aktiv şəkildə onun davamç..

×