main-post-cover

    Apple gələn il iPhone 15 Pro Max-ı iPhone 15 Ultra ilə əvəzləyə bilər

    Cihazlar+
    26.09.2022
    Emil Nəcəfov
        Bloomberg saytının jurnalisti Mark Gurman-ın fikrincə gələn il Apple şirkəti adi iPhone modelləri ilə daha üst səviyyəli iPhone modelləri arasındakı fərqi genişləndirəcək. Bundan əlavə olaraq Gurman bildirib ki, gələn ilki iPhone modelləri arasında ən yüksək performansa sahib olacaq model iPhone 15 Ultra adını əldə edəcək. Gurman-ın fikrincə iPhone 15 Ultra-da şirkət Lightning girişi əvəzinə çoxdan gözlənilən USB Type-C girişini reallaşdıra bilər. iPhone smartfonlarının indiyənə kimi mövcud olduqları tarix ərzində onların adlarında dəyişiklik heç də tez-tez baş verməyib. Diqqət çəkəcək dəyişikliklər ilə yeni funksiyaların reallaşdırıldığı zaman aralıq iPhone modellərinin adlarına S hərfi əlavə olunurdu.
        Məsələn tamamil yeni iPhone 5 modelinin təqdim olunmasından 1 il sonra iPhone 5S modeli təqdim edilmişdi. Daha sonra iPhone 6iPhone 6S modelləri satışa çıxmışdı. 2019-cu ildən başlayaraq Apple adi və flaqman iPhone modellərini satışa çıxardır. Flaqman modellər isə Pro Pro Max adlarını əldə edirlər. Bu il şirkət iPhone mini modelini əvəzləyərək onun yerinə iPhone 14 Plus-ı təqdim etdi. Qeyd etmək lazımdır ki, Plus sözü iPhone modellərinin adlarında 2017-ci ildən istifadə edilmirdi. Gələn il isə Pro Max-ı Ultra ilə əvəzləmək heç də məntiqsiz görünmür.
        Belə ki, şirkət bu ilki iPhone 14 modellərini təqdim edən zaman həmçinin Apple Watch Ultra smart saatını təqdim etmişdi. Hələ bir neçə ay bundan öncə Avropa Komissiyası elektron cihazlar barəsində vacib qanunu qəbul etmişdi. Belə ki, 2024-cü ildən başlayaraq Avropa Birliyi regionunda satılacaq bütün elektron cihazlar USB Type-C girişinə sahib olmalıdırlar. Bura həmçinin smartfonlar da daxildir. Bəzi məlumatlara əsasən Apple USB Type-C girişinə sahib iPhone modelini artıq test edir və onu 2024-cü ildən daha tez satışa çıxartmaq niyyətindədir. 
    Linki kopyala