main-post-cover

    Apple 15 sentyabrdakı təqdimatında iPhone 12-ni təqdim etməyə bilər

    Cihazlar+
    10.09.2020
    Emil Nəcəfov
        Dünən Apple elan etmişdi ki, şirkətin növbəti təqdimat tədbiri 15 sentyabr tarixində baş tutacaq. Lakin görünür, həmin təqdimat tədbirində yeni iPhone 12 modellərini gözləmək lazım deyil. Bu barədə Gagadget saytı xəbər verib. Bundan daha öncə Bloomberg-in jurnalisti Mark Gurman və məşhur insayder Jon Prosser də bildirmişdilər ki, bu ay Apple şirkəti yeni iPhone modellərini təqdim etməyəcək. İndi isə bu məlumatı məşhur insayder Evan Blass təsdiqləyib.
        Evan Blass-ın verdiyi məlumata əsasən 5G dəstəkli iPhone 12 modellərinin ön sifarişləri 20 oktyabr tarixində bitəcək. Adətən Apple şirkəti ön sifarişləri 1 həftə ərzində saxlayır. Burdan da belə qənaətə gəlmək olar ki, Apple şirkəti yeni iPhone 12 modellərini ön sifarişdən 1 həftə öncə təqdim edəcək. Yəni 13 oktyabr tarixində. 15 sentyabrda baş tutacaq təqdimat tədbirinə gəldikdə isə çox güman ki, şirkət həmin gündə yeni iPad Air modelini və Apple Watch Series 6 seriyasını təqdim edəcək.
    Linki kopyala