main-post-cover

    AnTuTu may ayının ən güclü flaqman Android smartfonlarının reytinqini təqdim edib

    Cihazlar+
    02.06.2023
    Farid Pardashunas
        AnTuTu bençmarkı may ayının ən güclü flaqman Android smartfonlarının reytiniqi təqdim edib. Təqdim edilmiş reytinq siyahısında yerləşmimş 10 smartfondan yalnız biri MediaTek prosessorunu əldə edib. Yerdə qalan bütün smartfonlar Snapdragon 8 Gen 2 prosessoruna sahibdirlər. Beləliklə reytinqin birinci pilləsində bir neçə müddət bundan öncə təqdim edilmiş iQOO Neo8 Pro smartfonu qərarlaşıb. MediaTek-in Dimensity 9200+ prosessorunu əldə etmiş smartfon məhz odur. Reytinqin ikinci yerini OnePlus 11, üçüncü yerini OPPO Find X6 Pro, dördüncü yerini iQOO 11 Pro, beşinci yerini isə Nubia Red Magic 8 Pro+ tutub. Reytinqin ilk beşliyindən sonra smartfonların sıralanması belədir. Vivo X Fold 2, vivo X90 Pro+, Xiaomi 13 Ultra, iQOO 11Meizu 20 Pro.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər