main-post-cover

    AnTuTu bençmark servisi noyabr ayının ən güclü Android smartfonlarının reytinqini tərtib edib

    Cihazlar+
    02.12.2022
    Farid Pardashunas
        Məşhur AnTuTu bençmark servisinin tərtibatçıları noyabr ayının ən güclü Android smartfonlarının reytinqini tərtib ediblər. Tərtib edilmiş reytinqə 10 ədəd smartfon daxil olub və birinci yeri heç gözlənilmədən MediaTek şirkətinin prosessoruna sahib smartfon tutub. Beləliklə noyabr ayının ən güclü Android smartfonu MediaTek Dimensity 9200 prosessoruna sahib Vivo X90 smartfonu olub. Bu smartfonun 12 GB RAM-a və 512 GB yaddaşa sahib versiyası AnTuTu-da demək olar 1.2 milyon xal toplayıb.
        Bu göstərici ilə Dimensity 9200 prosessoru Snapdragon 8+ Gen 1-i geridə qoyub. Qeyd etmək lazımdır ki, reytinqdə olan 10 smartfondan yalnız Vivo X90 modeli Dimensity 9200 prosessoruna sahibdir. Digər smartfonların hamısı Snapdragon 8+ Gen 1 prosessoru ilə təchiz olunublar. Sözügedən yeni reytinqin ikinci pilləsində OnePlus Ace Pro modeli, üçüncü pilləsində isə Nubia Red Magic 7S Pro modeli qərarlaşıb. Ondan sonra reytinqdə sıra ilə iQOO 10 Pro, Lenovo Legion Y70, iQOO 10, Moto X30 Pro, Xiaomi 12S Pro, Redmi K50 Extreme Edition Vivo X Fold+ smartfonları gəlirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər