Reklam
6000 mAh batareyaya sahib büdcəli Galaxy F13 smartfonu təqdim olunub - QİYMƏTİ

6000 mAh batareyaya sahib büdcəli Galaxy F13 smartfonu təqdim olunub - QİYMƏTİ

Mobil Cihazlar
22.06.2022 PAYLAŞIM

    Samsung şirkəti Galaxy F13 adlı yeni büdcəli smartfonunu təqdim edib. Sözügedən yeni smartfonun əsas özəllikləri arasında Exynos prosessoru, böyük həcmli batareya, yüksək göstəricili əsas arxa kamera və münasib satış qiyməti var. Beləliklə Galaxy F13 smartfonu 60 Hz-lik təsvir yenilənməsinə sahib 2408x1080 piksel keyfiyyətli 6.6 düym LCD ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində damcı formalı çıxıntı yerləşdirilib. Bundan əlavə olaraq ekran Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə edilib. Barmaq izi skanı texnologiyası smartfonun yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.


    Əsas texniki göstəricilərə gəldikdə isə Galaxy F13 modeli 8 nüvəli Exynos 850 prosessoru, Mali-G52 qrafik çipi, 4 GB RAM, 64/128 GB daxili yaddaş həcmi (microSD dəstəkli), 50 MP + 5 MP (ultragenişbucaqlı obyektiv) + 2 MP üçlü arxa kamera, 8 MP-lik ön kamera və 15 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon One UI interfeysli Android 12 vasitəsilə çalışır. Galaxy F13-ün satışlarına 29 iyun tarixində start veriləcək. 64 GB yaddaşlı versiya 150$-a, 128 GB yaddaşlı versiya isə 165$-a satılacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi 12 Ultra ləğv edilib: Onu digər flaqman smartfon əvəz edəcək

Şirkət istifadəçilər üçün onun digər alternativi olan yeni flaqman smartfon təqdim edəcək...


Nothing Phone (1)-in hansı prosessora sahib olacağı rəsmi şəkildə məlum olub..

Nothing şirkətinin rəhbəri Carl Pei təqdimata hazırlaşan Nothing Phone (1)-in ən vacib özəlliyi barə..


Məşhur jurnalist: 'iPhone 14 Pro modellərində çoxdan gözlənilən Always on Displa..

Bloomberg saytının jurnalisti Mark Gurman bildirib ki, iPhone 14 Pro və iPhone 14 Pro Max modellərin..


Nothing Phone (1)-in satış qiymətləri barəsində məlumat verilib

Son zamanlar Nothing Phone (1) barəsində məlumatlar daimi şəkildə ortaya çıxır.


HTC metakainat üçün nəzərdə tutulmuş Desire 22 Pro adlı yeni smartfonunu təqdim ..

HTC şirkəti söz verdiyi kimi Viverse adlı metakainata qoşulmaq üçün nəzərdə tutulmuş Desire 22 Pro a..


Xiaomi 12 Lite smartfonunun qutu açılışı videosu ortaya çıxıb (VİDEO)

Xiaomi 12 smartfonunun Lite modelinin təqdimatını gözləmədən insayderlər onun qutu açılışı videosunu..

×