2027-ci ilə kimi hər 20-ci smartfon qatlana bilən olacaq

2027-ci ilə kimi hər 20-ci smartfon qatlana bilən olacaq

Mobil Cihazlar
14.09.2023 PAYLAŞIM

    2023-cü ilin yekunu üzrə smartfonlar bazarında qatlana bilən smartfonların bazar payı 1.6% təşkil edə bilər. 2027-ci ilə kimi isə bu göstərici 5%-dən çox təşkil edə bilər. Bu statistik proqnozları TrendForce adlı analitik şirkət təqdim edib. Keçən il ilə müqayisədə bu il ümumilikdə 43% daha çox qatlana bilən smartfonun satışa çıxması gözlənilir. Bunun əsas səbəbi isə qatlana bilən smartfonlarda istifadə edilən komponentlərin qiymətlərinin aşağı düşməsindədir. TrendForce şirkətinin proqnozuna əsasən yaxın illərdə qatlana bilən smartfonlar bazarı dözümlü yüksəliş sərgiləyəcək.

    Şirkətin fikrincə 2024-cü ildə smartfon bazarında qatlana bilən smartfonların bazar payı 2.2%-ə yüksələcək. Bu isə 25.2 milyon ədəd qatlana bilən smartfon deməkdir. Şirkət güman edir ki, yaxın gələcəkdə qatlana bilən smartfonların qiymətləri 1000$-dan aşağı düşəcək. Bu isə öz növbəsində yeni alıcıların diqqətlərini çəkəcək. Samsung bu il də qatlana bilən smartfonlar bazarında lider olmağa davam edir. Şirkət ilin sonuna kimi 12.5 milyon ədəd qatlana bilən smartfonu satışa çıxartmağı planlaşdırır. Qatlana bilən smartfonlar bazarı reytinqində ikinci yeri Huawei tutur. Belə ki, o bu bazarın 14%-nə sahibdir. Üçüncü yeri 5%-lik bazar payı ilə OPPO, dördüncü yeri isə 4%-lik bazar payı ilə Xiaomi tutur.




DAHA ÇOX


Redmi K70 barəsində yeni məlumatlar verilib

Digital Chat Station ləqəbli məşhur insayder Redmi brendinin flaqman smartfon seriyası olacaq Redmi ..


iPhone 16 hansı prosessor vasitəsilə çalışacaq?

iPhone 15 smartfonlarının yenicə satışa çıxdıqlarına baxmayaraq insayderlər artıq gələn ilki iPhone ..


Xiaomi 13T və 13T Pro təqdim olundu - QİYMƏTİ

Xiaomi qlobal bazarda Xiaomi 13T və 13T Pro smartfonlarını təqdim edib.


Google Pixel 8 smartfonlarının bütün texniki göstəriciləri ortaya çıxıb..

Google Pixel 8 smartfonlarının təqdimatlarına 1 həftə qalmış onların texniki göstəriciləri internetd..


Samsung Galaxy S23 FE hansı qiymətə satılacaq?

Mysmartprice saytı təqdimata hazırlaşan Samsung Galaxy S23 FE smartfonunun satış qiyməti barəsində m..


Samsung Galaxy A35 barəsində ilk məlumatlar ortaya çıxıb

Samsung mart ayında Galaxy A34 smartfonunu təqdim etmişdi. İndi isə şirkət aktiv şəkildə onun davamç..

×