main-post-cover

    200 MP-lik kameraya sahib Moto X30 Pro və qatlana bilən Motorola RAZR (2022) təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    11.08.2022
    Farid Pardashunas
        Motorola şirkəti artıq uzun zamandır ki, barəsində məlumatlar yayılan Moto X30 Pro adlı flaqman smartfonunu təqdim edib. Sözügedən smartfonun əsas fərqləndirici özəlliyi ondan ibarətdir ki, o, mobil cihazlar bazarında 200 MP-lik əsas arxa kamera əldə etmiş ilk smartfondur. Yüksək göstəricili kameradan əlavə olaraq Moto X30 Pro modeli güclü texniki göstəricilər, yüksək tezlikli təsvir yenilənməsinə sahib ekran və yüksək sürətli şarj texnologiyası əldə edib. Onu da qeyd etmək lazımdır ki, qlobal bazarda smartfon Moto Edge 30 Ultra adı altında satılacaq.
        Beləliklə Moto X30 Pro smartfonu 144 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.7 düym OLED ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib. Ekranın kənar hissələri isə bir qədər əyilmiş dizaynda reallaşdırılıb. Moto X30 Pro özündə Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir.
        Əsas texniki göstəricilər baxımından smartfon 8 nüvəli Snapdragon 8+ Gen 1 prosessoru, 8/12 GB RAM, 128/256/512 GB daxili yaddaş həcmi, 200 MP (optik stabilizasiya) + 50 MP (avtofokus, 117 dərəcə bucaq əhatəsi) + 12 MP (ikiqat optik zoom) üçlü arxa kamera, 60 MP-lik ön kamera və 125 vatt gücündə sürətli şarj texnologiyalı 4610 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon həmçinin 50 vatt gücündə sürətli naqilsiz və 10 vatt gücündə ikitərəfli şarj texnologiyalarını dəstəkləyir. Moto X30 Pro MYUI 4.0 interfeysli Android 12 vasitəsilə çalışır. Smartfon Çin bazarında 17 avqust tarixində satışa çıxacaq. Onun Çində satış qiymətləri isə aşağıdakı kimi olacaq:
    - 8 GB RAM + 128 GB yaddaş - 519$
    - 12 GB RAM + 256 GB yaddaş - 593$
    - 12 GB RAM + 512 GB yaddaş - 638$.
        Moto X30 Pro ilə yanaşı Motorola şirkəti həmçinin qatlana bilən yeni Motorola RAZR modelini də təqdim edib. Yeni smartfon əvvəlki modeldən həm xarici görünüşcə həm də texniki özəlliklər baxımından fərqlənir. Bu dəfə əvvəlki Motorola RAZR-dan fərqli olaraq Motorola RAZR (2022) modeli flaqman texniki göstəricilər ilə təchiz olunub və daha aşağ satış qiymətini əldə edib. Beləliklə qatlana bilən Motorola RAZR (2022) smartfonu 144 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.7 düym POLED ekran ilə təchiz olunub.
        Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Bundan əlavə olaraq smartfon xaricdən 60 Hz-lik təsvir yenilənməsinə sahib 800x573 piksel keyfiyyətli 2.7 düym POLED ekran ilə təchiz olunub. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Smartfon özündə Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri və kontaktsız ödənişlər üçün NFC çipi birləşdirir.
        Əsas texniki göstricilər baxımından Motorola RAZR (2022) smartfonu Snapdragon 8+ Gen 1 prosessoru, 8/12 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 50 MP (f/1.2 diafraqma, optik stabilizasiya) + 13 MP (avtofokus, 121 dərəcə bucaq əhatəsi) ikili arxa kamera, 32 MP-lik ön kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 3500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Motorola RAZR (2022) MYUI 4.0 interfeysli Android 12 vasitəsilə çalışır. Smartfon 15 avqust tarixində Çində satışa çıxacaq. Onun qlobal bazarda nə zaman satılacağı barəsində məlumat verilməyib. Motorola RAZR (2022)-nin Çində satış qiymətləri isə aşağıdakı kimi olacaq:
    - 8 GB RAM + 128 GB yaddaş - 890$
    - 8 GB RAM + 256 GB yaddaş - 964$
    - 12 GB RAM + 512 GB yaddaş - 1083$.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər