Twitter yaradıcısı Jack Dorsey, ABŞ-da keçirilən maraqlı sosial təcrübəyə 3 milyon dollar yatırıb

Twitter yaradıcısı Jack Dorsey, ABŞ-da keçirilən maraqlı sosial təcrübəyə 3 milyon dollar yatırıb

Maliyyə və investisiya
10.07.2020 PAYLAŞIM

    Twitter-in yaradıcısı Jack Dorsey, ABŞ-ın 14 şəhərindən ümumilikdə 7 milyon insanı əhatə edəcək ümumi baza gəlirinin təmin olunması üçün nəzərdə tutulmuş Mayors for a Guaranteed Income adlı təcrübəni maliyyələşdirib. Jack Dorsey bu layihəyə 3 milyon dollar yatırıb. Bu barədə Business Insider saytı xəbər verib. Bu layihədə iştirak edən merlər öz şəhələrində sözügedən layihəni işə salmağı planlaşdırırlar. Lakin layihənin nə zaman işə salınacağı bilinmir. Missisipi ştatının paytaxtı Cekson-da və Kaliforniya ştatının Stokton şəhərində yeni layihə artıq test olunur.

    Merlər sözügedən layihəni milli səviyyəyə yüksəltmək istəyirlər. Buna görə də onlar federal hüquqşünaslar ilə əməkdaşlıq edirlər. Layihənin təşkilatçıları əmindirlər ki, təmin edilmiş baza gəliri əhalini yoxsulluqdan çıxartmağa və pandemiyanın təsirlərini yüngülləşdirməyə yardımçı olacaq. Buna baxmayaraq təşkilatçılar hansı şəxslərin hansı məbləğdə baza gəliri əldə edəcəklərini qeyd etməyiblər. Layihənin tənqidçiləri düşünürlər ki, bu cür layihələrin iqtisadi nəticələri hələ tam araşdırılmayıb və baza gəlirini əldə edəcək şəxslər çalışmaq üçün motivasiyanı itirə bilərlər. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Dünyanın ən varlı şəxsi: Jeff Bezos-un sərvəti 200 milyard dolları keçib..

Beləliklə Amazon şirkətinin CEO-su 200 milyard dolları keçmiş sərvətə sahib ilk şəxs olub...


Asiyada ən çox istifadə olunan fintech həllər

Markswebb adlı konsaltinq agentliyinin tədqiqatına əsasən rəqəmsal portmanatlar və ödəniş sistemləri..


Apple 2 trilyonluq bazar dəyərinə çatmış ilk ABŞ şirkət oldu

2018-ci ilin avqust ayında Apple şirkətinin bazar dəyəri 1 trilyon dollar təşkil etmişdi.


ABŞ hökuməti süni zəka və kvant texnologiyalarının yaradılması üçün xərcləri yük..

Donald Trump administrasiyası 2021-ci maliyyə ilinin büdcəsində süni zəka və kvant texnologiyaları s..


SpaceX şirkəti 1.9 milyard dollar investisiya əldə edib: Şirkətin bazar dəyəri n..

Elon Musk-ın SpaceX şirkəti yeni investisiya raundu çərçivəsində 1.9 milyard dollar investisiya cəlb..


TikTok Avropada ilk data mərkəzini yaradacaq: Səbəb nədir?

Data mərkəzin 2022-ci ildə istifadəyə veriləcəyi planlaşdırılır.

×