TikTok servisi bloqqerlərə dəstək üçün 2 milyard dollar ayıracaq: Bu dəstəyi kimlər əldə edəcək?

TikTok servisi bloqqerlərə dəstək üçün 2 milyard dollar ayıracaq: Bu dəstəyi kimlər əldə edəcək?

Maliyyə və investisiya
31.07.2020 PAYLAŞIM

    TikTok yaxın 3 il ərzində müxtəlif ölkələrdən olan bloqqerlərə ümumilikdə 2 milyard dollar dəstəyin ayrılmasını planlaşdırır. Bu vəsaitin yarısı ABŞ-da fəaliyyət göstərən bloqqerlərə ayrılacaq. Bu barədə Vc.ru saytı xəbər verib. 9 iyul tarixində TikTok bildirmişdi ki, o, TikTok Creator Fund adlı müəlliflər fondunun büdcəsini ABŞ-da 1 milyard dollar, bütün dünya üzrə isə 2 dəfə yüksəltməyi planlaşdırır.

    30 iyul tarixində servis Avropadan olan müəlliflər üçün nəzərdə tutulmuş fonddan danışdı. Avropadan olan müəlliflər üçün nəzərdə tutulmuş fonda bu il rəzində servis 70 milyon dollar vəsait yatıracaq və növbəti 3 il ərzində həmin göstəricini 300 milyon dollara qaldıracaq. Qeyd etmək lazımdır ki, TikTok servisi ABŞ-dan olan bloqqerlər üçün 200 milyon dollarlıq büdcəyə sahib fondun yaradılmasını 23 iyulda elan etmişdi.


    Bir neçə gün bundan öncə məlum oldu ki, Instagram özünün Reels (TikTok-un rəqibi) servisindən istifadəyə görə məşhur bloqqerlərə 100.000-lərlə dollar vəsait ödəyib. Instagram özünün Reels adlı servisini avqust ayında ABŞ-da və digər ölkələrdə istifadəyə verməyi planlaşdırır. Qeyd etmək lazımdır ki, həmçinin TikTok servisinin ABŞ-da bloklanma təhlükəsi də var. Belə ki, ABŞ hökuməti TikTok-un sahibi olan ByteDance şirkətini öz qara siyahısına daxil etməyi nəzərdən keçirdir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


SpaceX şirkəti 1 milyard dollar investisiya cəlb etməyi planlaşdırır: Yeni inves..

SpaceX şirkəti 1 milyard dollar investisiyanın cəlb olunması üzrə danışıqlar aparır.


Apple 14.9 milyard dollarlıq məhkəmə iddiasında qalib gəlib: Şirkət nədə ittiham..

Lakin bu qərar hələ Avropa Birliyinin yuxarı instansiyasına (apelyasiya məhkəməsi) verilə bilər. ..


Twitter yaradıcısı Jack Dorsey, ABŞ-da keçirilən maraqlı sosial təcrübəyə 3 mily..

Bu layihədə iştirak edən merlər öz şəhələrində sözügedən layihəni işə salmağı planlaşdırırlar...


Amazon bütün dünyada olan Greentech şirkətlərə yardım üçün investisiya fondu yar..

Amazon şirkəti aşağı səviyyəli karbon qazı ifraz edən iqtisadiyyata keçid etməyə yardımçı olan texno..


Avropa komissiyası Apple şirkətinə qarşı antimonopoliya istintaqına start verib:..

Avropa komissiyasının antimonopoliya orqanı Apple şirkətinə qarşı antimonopoliya istintaqına start v..


Smartfonla necə ödəniş etmək olar? (Nağd pul və Bank Kartı olmadan)

NFC Vasitəsilə smartfonla alış-verişlərdə necə ödəniş etmək olar?

×