main-post-cover

    Elon Musk-ın bir bəyanatı Ethereum-un qiymətinin qalxmasına səbəb olub

    Tech-Biznes
    Maliyyə və investisiya
    e-ticaret
    22.07.2021
    Farid Pardashunas
        B-Word adlı konfransda çıxış edən zaman Elon Musk yenidən kriptovalyuta mövzusuna toxunub. Çıxış zamanı o bildirib ki, onun şəxsi elektron portmanatında Ethereum mövcuddur. Onun bu bəyanatından sonra sözügedən kriptovalyutanın qiyməti kəskin şəkildə qalxıb. Bununla yanaşı Musk bildirib ki, o öz kriptovalyuta portfelində həmçinin Dogecoin də saxlayır və üstəlik Tesla ilə SpaceX-in aktivləri arasında bitcoin də mövcuddur. Elon Musk-ın bu cür bəyanatından bir neçə saat sonra Ethereum-un qiyməti 12% yüksələrək bir token üçün 1962$ təşkil edib.
        Daha sonra onun qiyməti daha da artıb və hal hazırda onun bir tokeninin qiyməti 2010$ təşkil edir. Dogecoin isə Musk-ın bəyanatına o qədər yüksək şəkildə reaksiya verməyib. Belə ki, onun qiyməti ilk öncə 21 sentə yüksəlib və daha sonra 19 sentə düşüb. Kriptovalyutaların ekologiyaya ciddi zərər vurmaları barəsində olan çoxlu sayda tənqidlərə baxmayaraq Musk onlara müsbət yanaşır. Məsələn o, kriptovalyuta mayninqi üçün elektroenerji qalıqlarından istifadə etməyi təklif edib.
        Hələ bir neçə müddət bundan öncə Musk bitcoinə alternativ olan bir çox digər rəqəmsal aktivləri dəstəkləyib. Bununla o, yalnız bitcoini dəyərli rəqəmsal aktiv hesab edən şəxslərə qarşı narazılığını bildirib. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə istənilən şəxs bitcoin vasitəsilə Tesla elektromobilini ala bilərdi. Lakin daha sonra şirkət bu imkanı müəyyən müddətlik ləğv etdi. Musk qeyd etmişdi ki, kriptovalyutaların mayninq prosesi ekoloji cəhətdən təmiz olandan sonra insanlar onların vasitəsilə yenidən Tesla elektromobillərini ala biləcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər