Elon Musk bir tweet ilə yeni kriptovalyutanın yaradılmasına səbəb olub

Elon Musk bir tweet ilə yeni kriptovalyutanın yaradılmasına səbəb olub

Maliyyə və investisiya
28.06.2021 PAYLAŞIM

    Elon Musk öz Twitter hesabında yeni iti barəsində məlumat verib. İlk baxışdan adi hesab edilən bu tweet kriptovalyuta bazarında ardıcıl hadisələrin baş verməsinə səbəb olub. Belə ki, Musk-ın yeni tweet-i mövcud olan kriptovalyutanın qiymətini qaldırıb və tamamilə yeni kriptovalyutanın yaranmasına səbəb olub. Öz yeni tweet-də Musk, şiba-inu cinsinə aid olan itinə uyğun adı seçdiyini qeyd edib. Belə ki, Musk öz itinin adını Floki qoymağa qərar verib. Sözügedən tweet sayəsində Shiba Inu adlı kriptovalyutanın dəyəri 26% yüksəlib. 9 dəqiqədən sonra isə Uniswap adlı kriptovalyuta birjasında Elon Musk-ın itinin adı şərəfinə Floki adlı yeni token yaradılıb.


    1 saat ərzində bu tokenin dəyəri 795% yüksəlib və daha sonra dəyər yüksəlişi 3500% təşkil edib. Sözügedən kriptovalyutanın hal hazırki qiymətini bu linkdən izləmək olar. 2000-ə yaxın insan bu tokenin mayninqi ilə məşğuldur. Qeyd etmək lazımdır ki, bu, Elon Musk-ın bir tweet ilə kriptovalyuta bazarına təsir göstərməsi üzrə ilk hal deyil. Daha öncə Musk dəfələrlə öz tweet-ləri sayəsində Doge adlı kriptovalyutanın dəyərini qaldırıb. Hətta bir neçə müddət bundan öncə məşhur Anonymous hacker qruplaşması bundan narazı olaraq Musk-a müharibə də elan etmişdi. Belə ki, hackerlər məşhur milyarderin tez-tez kriptovalyuta bazarına təsir göstərməsindən narazıdırlar.



DAHA ÇOX


iPhone SE seriyasının növbəti smartfonu təxirə salınmış və ya ümumiyyətlə ləğv e..

Məşhur analitik Ming-Chi Kuo öz yeni hesabatında bildirib ki, Apple şirkəti iPhone SE smartfon seriy..


SpaceX yeni investisiyalar əldə edərək öz bazar dəyərini daha da yüksəldib..

Növbəti maliyyələşdirmə raundu çərçivəsində SpaceX şirkəti 1.68 milyard dollar investisiya cəlb edib..


Ukrayna kriptovalyutaları rəsmi şəkildə leqallaşdırıb

Ukrayna prezidenti Vladimir Zelenski tərəfindən imzalanmış virtual aktivlər barəsində qanun Ukrayna ..


Bill Gates iqlim dəyişikliyi ilə mübarizə üçün 1.5 milyard dollar vəsait ayıraca..

Bill Gates-in investisiya fondu CO2 emissiyasının aşağı salınması üçün ABŞ hökuməti ilə olacaq birgə..


Bolt taksi servisi 713 milyon dollar investisiya əldə edib

Estoniyanın məşhur taksi servisi olan Bolt 713 milyon dollar investisiya əldə edib. Beləliklə o öz b..


Elon Musk-ın bir bəyanatı Ethereum-un qiymətinin qalxmasına səbəb olub

B-Word adlı konfransda çıxış edən zaman Elon Musk yenidən kriptovalyuta mövzusuna toxunub.

×