Avropa komissiyası Apple şirkətinə qarşı antimonopoliya istintaqına start verib: Səbəb nədir?

Avropa komissiyası Apple şirkətinə qarşı antimonopoliya istintaqına start verib: Səbəb nədir?

Maliyyə və investisiya
17.06.2020 PAYLAŞIM

    Avropa komissiyasının antimonopoliya orqanı Apple şirkətinə qarşı antimonopoliya istintaqına start verib. Mövzu App Store platforması və Apple Pay ödəniş sistemi ilə bağlıdır. Bu barədə Reuters saytı xəbər verib. App Store məsələsində böyük rolu Spotify musiqi servisi oynayır. Belə ki, bu musiqi servisi artıq uzun müddətdir ki, Apple şirkətini vicdansız rəqabətdə günahlandırır. Nəticədə antimonopoliya orqanının əməkdaşları 70/30 sxemi ilə maraqlanmağa başladılar. Bu sxemə əsasən Apple şirkəti tərtibatçılardan tətbiqlərdə özünün alış-veriş sistemindən (IAP) istifadəni tələb edərək 30% komissiya alır.

    Bununla yanaşı digər yerlərdə ucuz olan variantlar barəsində məlumatların iPhone iPad istifadəçilərinə verilməsinin tətbiq tərtibatçılarına qadağan edən qaydalar da müşahidə olunur. “Görünür, tətbiqlərin və kontentlərin istifadəçilər arasında yayılması məsələsinə gəldikdə Apple şirkəti idarəedici rolunu öz üzərinə götürür” - deyə antimonopoliya orqanının təmsilçilərindən biri qeyd edib. Apple Pay ödəniş sisteminə gəldikdə isə rəqib şirkətlərin bu sistemdən istifadəyə Apple tərəfindən qadağanın qoyulması Avropa komissiyasını narahat edir. Əgər nəticədə Apple şirkəti günahkar çıxsa, onu 26.6 milyard dollar dəyərində cərimə gözləyir.


    “Biz, Avropa komissiyasının bir neçə şirkət tərəfindən edilmiş əsassız şikayətləri əsasında irəli sürdüyü iddihamlardan çox məyusuq. Həmin şirkətlər digərləri kimi vahid qaydalar çərçivəsində oynamaq istəmirlər. Biz düşünmürük ki, bu doğrudur. Biz bərabər şərtlərə sahib ekosistem yaratmaq istəyirik, hansında ki, əla ideyaya sahib istənilən təmsilçi uğur qazana bilsin” - deyə şirkət qeyd edib.



DAHA ÇOX


iPhone SE seriyasının növbəti smartfonu təxirə salınmış və ya ümumiyyətlə ləğv e..

Məşhur analitik Ming-Chi Kuo öz yeni hesabatında bildirib ki, Apple şirkəti iPhone SE smartfon seriy..


SpaceX yeni investisiyalar əldə edərək öz bazar dəyərini daha da yüksəldib..

Növbəti maliyyələşdirmə raundu çərçivəsində SpaceX şirkəti 1.68 milyard dollar investisiya cəlb edib..


Ukrayna kriptovalyutaları rəsmi şəkildə leqallaşdırıb

Ukrayna prezidenti Vladimir Zelenski tərəfindən imzalanmış virtual aktivlər barəsində qanun Ukrayna ..


Bill Gates iqlim dəyişikliyi ilə mübarizə üçün 1.5 milyard dollar vəsait ayıraca..

Bill Gates-in investisiya fondu CO2 emissiyasının aşağı salınması üçün ABŞ hökuməti ilə olacaq birgə..


Bolt taksi servisi 713 milyon dollar investisiya əldə edib

Estoniyanın məşhur taksi servisi olan Bolt 713 milyon dollar investisiya əldə edib. Beləliklə o öz b..


Elon Musk-ın bir bəyanatı Ethereum-un qiymətinin qalxmasına səbəb olub

B-Word adlı konfransda çıxış edən zaman Elon Musk yenidən kriptovalyuta mövzusuna toxunub.

×