
Apple şirkəti 14.9 milyard dollar dəyərində irland vergiləri məsələsində Avropa komissiyasına qarşı məhkəmədə qalib gəlib. Bu barədə Rb.ru saytı xəbər verib. Lüksemburqdakı Avropa Birliyinin general məhkəməsi qərar verib ki, Avropa komissiyası Apple şirkətinin İrlandiyada vergi güzəştlərinə sahib olmasını sübut edə bilməyib. Lakin bu qərar hələ Avropa Birliyinin yuxarı instansiyasına (apelyasiya məhkəməsi) verilə bilər. Məhkəmənin çıxardığı qərara İrlandiya hökuməti rəsmi cavab verib.
Hökumət bildirib ki, Apple şirkətinə heç bir özəl rejimin təqdim olunmadığı və vergi məbləğinin İrlandiyanın vergi qanunlarına əsasən təyin edildiyi həmişə məlum idi. 2016-cı ildə Avropa komissiyası bildirmişdi ki, İrlandiya hökuməti Apple şirkətinə qeyri qanuni vergi güzəştləri təqdim edir. Komissiyanın qərarına əsasən şirkət İrlandiya büdcəsinə 13 milyard avro ödəməli idi. Nəticədə Apple və İrlandiya hökuməti komissiyanın bu qərarının apelyasiya məhkəməsinə vermək nəticəsinə gəldilər. Qeyd etmək lazımdır ki, İrlandiya ən aşağı vergilərə sahib ölkələrdən biridir. Buna görə də bu ölkə Facebook, Google və Apple kimi böyük texnoloji şirkətləri cəlb edir.
Şərh yoxdur